"İndi Maksimovu yox, "Baltsan"ı necə keçəcəyimizi düşünürük"

"İndi Maksimovu yox, "Baltsan"ı necə keçəcəyimizi düşünürük"
GÜNDƏM 19 İyul 2018 / 14:32 3280
-  A +

“Oyuna ciddi hazırlaşmışıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Hamımız çətin qarşılaşmaya hazırıq”.

Bu sözləri Qol.az-a açıqlamasında “Keşlə”nin yarımmüdafiəçisi Ebrima Sohna deyib. Paytaxt klubu bu gün Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda “Baltsan”la qarşılaşacaq. Qarılaşma ilə balı fikirlərini açıqlayan qambiyalı futbolçu Maltadakı 1:4 heablı məğlubiyyətin əvəzini çıxa biləcəklərinə inanır:

“İşimizin çətin olacağını bilirik. Çünki “Baltsan” həqiqətən yaxşı komandadır. Buna baxmayaraq, geri dönüş etmək istəyirik. Əgər onlar bizə 4 qol vurublarsa, biz də bunu edə bilərik. Meydanda hər şeyimizi verməyə hazırıq. Yetər ki, istədiyimiz nəticəni qazanaq”.

Sohna bir neçə gün öncə istefa verən Yuri Maksimovun gedişinə isə şərh vermək istəməyib: “O barədə heç nə deyə bilmərəm. Çünki bu gün vacib oyunumuz var. Nəyin bahasına olur-olsun, mərhələni keçməliyik. İndi Maksimovu yox, "Baltsan"ı necə keçəcəyimizi düşünürük”.

Qeyd edək ki, “Keşlə” – “Baltsan” oyunu “Dalğa Arena”da keçiriləcək və 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi