Kolumbiya – Yaponiya matçının ən yaxşısı bəlli oldu

Kolumbiya – Yaponiya matçının ən yaxşısı bəlli oldu
DÇ-2018 19 İyun 2018 / 19:54 2783
-  A +

DÇ-2018-də H qrupunun ilk turunda keçirilən Kolumbiya – Yaponiya matçının ən yaxşı oyunçusu müəyyənləşib.

Qol.az-ın FİFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, Asiya təmsilçisinin hücumçusu Yuya Osako hamını qabaqlayıb. Matçın 73-cü dəqiqəsində Keysuke Hondanın ötürməsini qola çevirən və komandasına qələbə qazandıran forvard görüşün ən yaxşısı seçilib.

Qeyd edək ki, Kolumbiya – Yaponiya oyunu 2:1 hesabı ilə asiyalıların xeyirinə başa çatıb.

Daha çox


Son xəbərlər