"Çempionluğu seçərdim" - Baqali Dabo

"Çempionluğu seçərdim" -  Baqali Dabo
GÜNDƏM 22 May 2018 / 01:45 3488
-  A +

“Qəbələ”nin futbolçusu Baqali Dabo Topaz Premyer Liqanın 28-ci turunda “Qarabağ”a uduzduqları oyundan (0:1) sonra brifinq keçirib.

Qol.az-ın xəbərinə görə, 13 qolla Premyer Liqanın bombardiri olan fransalı hücumçu  mövsümü dəyərləndirib.

- Ümumi mövsüm haqqında danışırıqsa, elə oyunlar oldu ki, çox da yaxşı oynamadıq. Mövsümdən əvvəl məqsədimiz ikincilik deyildi. Amma ümumilikdə bu da pis nəticə deyil.

- Gümüş medalı qazanmaqla yanaşı, bombardir də oldunuz. Bu mükafat sizin üçün nə dərəcədə dəyərlidir?

- Mövsümün bombardiri olmuşamsa, bu, təkcə mənim yox, bütün komandanın əməyidir. Çempionluqla bombardirlik arasında seçim etməli olsam, mən çempionluğu seçərdim.

- Vurduğun qollardan hansını fərqləndirərsən?

- "Səbail”ə vurduğum ilk qolu deyərdim.

- "Qəbələ”dəki gələcəyin haqqında nə düşünürsən?

- Hələ ki bilmirəm. Qarşıda bir oyunumuz - kubokun finalı var. Ondan sonra biləcəm.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi