“Keşlə”nin baş məşqçisi Yuri Maksimovun sabiq köməkçisi Gennadi Jilkin Ukrayna mətbuatına geniş müsahibə verib. Qol.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Maksimov və onun Azərbaycandakı işi ilə bağlı məqamlara da toxunub.
- Gennadi Vladimiroviç, Yuri Maksimovla “Obolon”, “Krivbass”, Donetsk “Metallurq”u və “Mordoviya”da birlikdə işləmisiniz. Niyə onunla “Taraz”a, daha sonra isə “Keşlə”yə getmədiniz?
- Maksimov “Taraz”la mövsümün sonuna kimi – 3 aylıq müqavilə bağlamışdı. Onun başlıca vəzifəsi komandanı yüksək liqada saxlamağa kömək etmək idi. Uğur qazanacağı təqdirdə klub rəhbərliyi onunla uzunmüddətli müqavilə bağlamağa hazır idi. Hər şey müsbət nəticələnsəydi, biz də “Taraz”ın məşqçilər korpusunda yer alacaqdıq. Təəssüf ki, qarşıya qoyulan vəzifənin öhdəsindən gəlmək mümkün olmadı və Maksimov Qazaxıstan klubunu tərk etdi. “Keşlə”yə gəlincə, o, bu komandaya baş məşqçi təyin olunanda mənə zəng vurmadı. Bütün məlumatları mətbuatdan oxudum.
- Maksimovun “Keşlə”də işləri yaxşı getmir. Hətta “Neftçi”yə məğlubiyyətdən sonra istefa barədə də düşünmüşdü. Sizcə, onda niyə alınmır?
- Azərbaycana uyğunlaşmaq çətindir. Çünki ora xüsui ölkədir. Maksimov təbiətcə həssas insandır. Ola bilsin, emosiyalarına qapılıb, istefa vermək istədiyini deyib. Onun “Keşlə” ilə mövsümün sonuna kimi müqaviləsi var. İndi getməyin nə mənası var? Klubun içində olmadan, səbəbləri bilmədən bunu müzakirə etmək çətindir. Maksimov kifayət qədər səbrli məşqçidir. Onun komandası “Zirə” ilə oyunun (2:1) son dəqiqələrində qol vuraraq, qələbə qazandı. “Neftçi”yə qarşı matçda (2:3) isə son dəqiqə qolu ilə uduzdular. Məğlubiyyətə baxmayaraq, Maksimovun yetirmələri meydanda pis təsir bağışlamadılar və yerli mətbuatdan müsbət rəy aldılar. “Keşlə” “Qəbələ”yə qarşı da yaxşı oynadı (1:1). Hətta Roman Qriqorçukun komandasını məğlub edə bilərdilər. Bir az bəxtləri gətirmədi.
- Qış fasiləsində “Keşlə”nin düşərgəsində olan “Olimpik”in sabiq futbolçusu Anton Postupalenko deyib ki, “Keşlə”nin səviyyəsi aşağı olduğu üçün o komandaya keçməyib. Bəlkə elə Maksimovun da problemi bundan qaynaqlanır?
- Hər şey ola bilər. Komandanın necə komplektləşdiyini və orada necə futbolçular olduğunu bilmirəm. Bəlkə də “Keşlə” rəhbərliyi ona deyib ki, komandada olan futbolçularla işləməlisən.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər