Qol.Az

Rəşad Sadıqov qəzaya düşdü


 

Rəşad Sadıqov qəzaya düşdü

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov avtomobili ilə qəza törədib.

Qol.az-ın məlumatına görə, hadisə bu gün baş verib. Ağdam klubunun U-19 komandasına da rəhbərlik edən Sadıqov “Neftçi” ilə oyundan qayıdarkən qəza törədib.

“Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az-a açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Sadıqov Binə yolunda idarəetməni itirərək avtomobili yolun kənarındakı maneə dirəyinə çırpıb. Qəza zamanı təcrübəli müdafiəçinin “Range Rover” markalı maşını əzilsə də, xoşbəxtlikdən özü ciddi xəsarət almayıb. Hazırda onun vəziyyəti yaxşıdır.

Qeyd edək ki, qəza ilə bağlı ilk məlumatı yenicag.az saytı yayıb.

 





11.10.2017    çap et  çap et