Qol.Az

İlk günə 15 mindən çox bilet satılıb - "Qarabağ"ın oyununa


 

İlk günə 15 mindən çox bilet satılıb - <b style="color:red"> "Qarabağ"ın oyununa</b> “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı “Kopenhagen”lə oyunun biletləri bu gün saat 10:00-dan etibarən satışa çıxarılıb.

Qol.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, bilet satışının ilk günündə artıq 15 mindən çox bilet satılıb. Bu isə onu göstərir ki, azarkeşlərin oyuna marağı həddindən artıq böyükdür.

Qeyd edək ki, biletləri Tofiq Bəhramov adına stadionun kassalarından əldə etmək olar.
 





12.08.2017    çap et  çap et