Qol.Az

"Tam formada deyilik" - Qurban Qurbanov


 

 "Tam formada deyilik" - <b style="color:red">Qurban Qurbanov</b>

“Yaxşı komandaya qarşı oynadıq. Belə oyunda qalib gəlmək bizim üçün xoşdur.Komandamın oyunundan razı qaldım. Amma vaxtımız azdır və qələbə haqda düşünməməliyik. Bütün diqqətimizi növbəti oyunumuza yönəldəcəyik”.

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 1-ci turunda "Neftçi"yə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Dani Kintana meydana daxil oldu və yenidən zədələndi. Durumu necədir?

- Hələ ki, tam fikir bildirə bilmərəm. Dani həmin ayağıdan zədə alıb. Özü əməliyyat olunduğu nahiyəsinin zədələnmədiyini dedi. Sabah son durumuna tam aydınlıq gələcək. 

- “Kopenhagen” rəsmisi oyunu izləyirdi. Çempionlar Liqasında rəqibiniz olan komandadan nəyisə gizlətməyə çalışmadınız?

- Əfsuslar olsun ki, tam formada deyilik. Ona görə də çempionat oyunlarında bütün gücümüzu ortaya qoymalıydıq. Gizlədəsi bir şey yoxdur, rəqiblər bütün oyunlarımızı izləyirlər. Düzdü, növbəti görüşdə fərqli heyətlə mübarizə apara bilərik. Amma ciddi dəyişiklik olmayacaq.

- Zədəsi olan Rəşad Sadıqov “Kopenhagen”lə oyuna hazır olacaq?

- Meydana çıxmaq ehtimalı var. Rəşadla yanaşı, Miçel, Riçard və Donaldın da zədəsi var. Amma onlar “Kopenhagen”lə oyuna qədər hazır olmalıdırlar.

 





11.08.2017    çap et  çap et