Qol.Az

Özil millimizlə oyunu buraxa bilər


 

Özil millimizlə oyunu buraxa bilər

Almaniya millisinin yarımmüdafiəçisi Məsut Özilin dizindən aldığı zədə hələ sağalmayıb.

Qol.az-ın xəbərinə görə, bu səbəbdən təcrübəli futbolçu klubu “Arsenal”ın dünən “Vest Bromviç”ə qarşı keçirilən İngiltərə Premyer Liqasınının oyununu buraxmalı olub.

Dizindəki ağrıları davam edən Özilin martın 26-da Bakıda Azərbaycan millisinə qarşı keçiriləcək oyunda iştirakı da sual altındadır.

28 yaşlı futbolçunun zədəsi barədə danışan “Arsenal”ın baş məşqçisi Arsen Venger deyib: “Onun durumu faciəvi deyil. Amma qənaətbəxş də hesab etmək olmaz”.

 





19.03.2017    çap et  çap et