"Biz də qalib gələ bilərdik, “Qarabağ” da" - Şahin Diniyev

"Biz də qalib gələ bilərdik, “Qarabağ” da" -  Şahin Diniyev
GÜNDƏM 25 Sentyabr 2016 / 18:10 2554
-  A +

“Qarşılaşma gərgin alındı. Biz də qalib gələ bilərdik, “Qarabağ” da”.

Qol.az-ın Futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev  “Qarabağ”la oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.

O, komandasının oyunundan razı qaldınını bildiirb: “Əsas məqsədimiz “Qarabağ”ın orta xəttini zərərsizləşdirmək idi. Şəhriyarın zədələnməsi də oyunumuza təsir etdi. Elə qolu da ehtiyatsızlıqdan buraxdıq. Oyundan öncə də müdafiədə oturmayacağımızı demişdim. Komandamın bu cür oyunu məni sevindirir. 1:1-dən sonra da ruhdan düşmədik, axıra kimi döyüşdük”.

Şahin Diniyev nəticəyə görə ot örtüyündən şikayətlənmək fikrində olmadığını bidirib: “Biz də texnikalı futbol oynayırıq. Meydança hər iki komanda üçün eynidir. Deməzdim ki, meydançanın vəziyyəti bərbad idi. Sadəcə, yağışdan sonra bir qədər vəziyyət  pisləşib”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi