“Xəzər-Lənkəran”dan Avrokubok iştirakçılarına dəstək

XƏBƏR 23 İyun 2009 / 20:28 2068
-  A +

“Xəzər-Lənkəran” klubu bu mövsüm Avrokuboklarda ölkəmizi təmsil edəcək 4 kluba - “Bakı”, “İnter”, “Simurq” və “Qarabağ”a qarşıdakı ciddi sınaqda uğurlar arzulayıb. Qol.Az-ın məlumatına görə, klubun rəsmi internet saytında dünən keçirilən Çempionlar Liqasının və Avroliqanın püşkatması haqda hazırlanan yazının sonunda qeyd olunub: “...Biz isə öz növbəmizdə qarşıdakı ay qitə kuboklarında mübarizəyə başlayacaq bütün təmsilçilərimizə uğurlar arzulayır, daxili arenada rəqibimiz olan “dördlüy”ün azarkeşləri olduğumuzu bildirik. Beynəlxalq səviyyədə hamımızın bir amalı var - Azərbaycanı layiqincə tərənnüm etmək! Uğurlar “Bakı”, “Qarabağ”, “İnter” və “Simurq”!


Son xəbərlər