Mircavadov Ahmet Dursunun «Xəzər-Lənkəran»a gəlməsinə qarşı çıxıb

Mircavadov Ahmet Dursunun «Xəzər-Lənkəran»a gəlməsinə qarşı çıxıb
XƏBƏR 7 Dekabr 2008 / 13:09 3486
-  A +

Məşhur türk futbolçusu, azarkeşlərin daha çox «Beşiktaş» klubundan tanıdığı Ahmet Dursunun ötən ilin qışında «Xəzər-Lənkəran»a keçməsiylə bağlı türk menecerləri tərəfindən təkliflər səslənib. Qol.Az saytının məlumatına görə, «Xəzər-Lənkəran» 2007-ci ilin qışında Dubayda təlim-məşq toplanışında olanda bununla bağlı türkiyəli menecerlərlə Cənub klubunun nümayəndələri arasında danışıqlar aparılıb. Mənbə bildirir ki, menecerlər Ahmet Dursuna görə çox pul istəməyiblər.
Lakin komandanın o vaxtkı baş məşqçisi Ağasəlim Mircavadov yaxşı formada olmadığı üçün Ahmet Dursunun «Xəzər-Lənkəran»a keçidinə qarşı çıxıb. Bundan başqa, A.Mircavadov ulduz futbolçuların kluba transferinin komandada ab-havanı pozacağını, bu cür oyunçuların klubda sadəcə, gün keçirəcəyini bildirib. Bu səbəbdən, türkiyəli menecerlərlə danışıqlar baş tutmayıb.
Qeyd edək ki, danışıqların getdiyi dövrdə Ahmet Dursun həqiqətən də yaxşı formada olmayıb. Amma sonradan Ahmet Dursun yaxşı oyunu ilə yenidən diqqəti özünə cəlb edib.
1978-ci ildə Almaniyada anadan olan Ahmet Dursun hazırda Türkiyənin «Kocaelispor» klubunun şərəfini qoruyur.


Son xəbərlər