Qurban Qurbanov: “Komandadan getmək barədə rəhbərliklə danışacağam”

Qurban Qurbanov: “Komandadan getmək barədə rəhbərliklə danışacağam”
GÜNDƏM 16 Sentyabr 2012 / 21:15 4127
-  A +

"AZAL-ı təbrik edirəm. Vaqif müəllim gözəl komanda hazırlaya bilib. Həqiqətən də liderliyə yaraşan komandadır. Bu gün meydançada bir komanda oynayırdı”.

Qol.Az-ın məlumatına görə, bu sözləri bugün Azərbaycan Premyer Liqasının V turu çərçivəsində səfərdə AZAL-a 2:6 hesabıyla uduzan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Qurbanov artıq “Qarabağ”dan getmək haqda düşündüyünü də dilə gətirib:

“Bu oyun mənə çox ağır gəldi. Mənə ağır zərbə oldu. Nildo çox gözəl hücumçudur. Komandadan getmək barədə rəhbərliklə danışacağam. Rəhbərlik çox güvənir mənə. Komandada bir dəyişiklik etmək lazımdır. Gələcəyin komandasını formalaşdırmaq istəyirik. Hazırki futbolçularla bağlı problemlərimiz var. Rəhbərliklə bu barədə danışacağam. Azarkeşlərimizə təşəkkür edirəm ki, nəticəyə baxmayaraq sona qədər dəstək oldular".

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi