“Barselona”da Puyol şoku

“Barselona”da Puyol şoku
XƏBƏR 16 Sentyabr 2012 / 03:41 3575
-  A +

İspaniya La Liqasının sonuncu turu “Barselona” üçün ciddi itki ilə yadda qalıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, “Xetafe” ilə qarşılaşmanın 57-ci dəqiqəsində dizindən ciddi zədələnən komandanın kapitanı Karles Puyol oyunu davam etdirə bilməyərək, yerini Xavyer Maskeranoya verib.

Oyundan sonra 34 yaşlı müdafiəçini müayinə edən həkimlərin diaqnozu isə kataloniyalıların düşərgəsində əsl şok effekti yaradıb. Belə ki, Puyol minimum 6 həftəlik sıradan çıxıb. Bu isə o deməkdir ki, veteran müdafiəçi Çempionlar Liqasının “Spartak”la ilk qrup matçında meydançaya çıxa bilməyəcək.

Son xəbərlər