Əfran İsmayılov: "Bu mükafata Georgi Adamiyanı layiq görərdim"

Əfran İsmayılov: "Bu mükafata Georgi Adamiyanı layiq görərdim"
GÜNDƏM 15 Mart 2012 / 17:55 2443
-  A +

"Açığı, qalib olacağımı gözləmirdim. Bizim işimiz futbol oynamaqdır. Hazırda bütün diqqətimizi ölkə çempionatı və kubok mübarizəsinə yönəltmişik. Sağ olsunlar ki, məni bu mükafata layiq görüblər".

Qol.Az-ın məlumatına görə, bu sözləri Unibank Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu seçilmiş “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Ə.İsmayılov daha sonra bu mükafata komanda yoldaşı Georgi Adamiyanı layiq gördüyünü bildirib: "Təbii ki, bu mükafatı qazanmaq insanı daha da stimullaşdırır. Ancaq mən bu mükafata komanda yoldaşım Georgi Adamiyanı layiq görərdim. Müdafiəçilərə gəldikdə isə hansısa oyunçunu fərqləndirmək istəməzdim. Çünki hər bir müdafiəçiyə qarşı oynamaq çətindir".

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi