"Azərbaycanla oyunda daha diqqətli oynamalıyıq"

"Azərbaycanla oyunda daha diqqətli oynamalıyıq"
GÜNDƏM 24 Fevral 2012 / 01:09 2299
-  A +

"Azərbaycan və Omanla keçirəcəyimiz yoldaşlıq görüşləri təlim-məşq toplanışının əsas tərkib hissəsidir. Gələn ay start götürəcək "Challenge Cup 2012" turniri öncəsi bu oyunlar bizim xüsusi əhəmiyyət daşıyır".

Qol.Az-ın məlumatına görə, bu sözləri Hindistan milli komandasının baş məşqçisi Savio Medeyra ölkəsinin mətbuatına açıqlamasında deyib.

Fevralın 27-də Azərbaycan millisi ilə keçirəcəkləri oyuna da toxunan mütəxəssis bu görüşlərin komandasının gələcək inkişafına müsbət təsir edəcəyini bildirib:

"Hər iki yoldaşlıq matçı komandanın qarşıdakı oyunlarına müsbət təsir edəcək. Bu oyunlarda bəzi futbolçular karyeralarında ilk dəfə milli komandanın formasını geyinəcəklər. Qarşımızda çətin tapşırıqlar var. Komandam hazırda yaxşı formadadır. Bununla belə, qarşıdakı oyunlarda daha diqqətli oynamalıyıq".

Qeyd edək ki, fevralın 27-də keçiriləcək Azərbaycan - Hindistan oyunu Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi