Branimir Subaşiç: “Rusiya millisindən çəkinmirik”

XƏBƏR 24 Mart 2009 / 14:04 2137
-  A +

“Rusiya milli komandası çox güclü rəqibdir. Onların heyətində bir çox tanınmış futbolçular var”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri milli komandamızın hücumçusu Branimir Subaşiç deyib. Bununla belə, o bildirib ki, futbolda istənilən rəqibə qarşı oynamaq mümkündür: “Ruslar nə qədər güclü olsalar da, biz onlardan çəkinmirik. Çalışacağıq ki, orada yaxşı oyun sərgiləyək. Futbolda hər bir nəticə mümkündür. Ən əsası odur ki, rəqibə layiqli müqavimət göstərək”.       


Son xəbərlər