İndiyədək Almaniyada bir neçə dəfə olsam da, budəfəki səfərin məqsədi daha fərqli və özəldir. Martın 14-də “Qarabağ”ın “Bayer”lə vacib oyununu canlı izləmək üçün idman mediasından bir neçə həmkarımla Kölnə gəlmişik.
Əvvəlcə onu deyim ki, səfərin təşkilatçısı ETOPAZ-dır. ETOPAZ uzun illərdir QOL.az-ın ən yaxın tərəfdaşlarından biridir. Həm korperativ sosial məsuliyyət, həm idman mediasına dəstək sahəsində ETOPAZ-ın gördüyü işlər təqdirəlayiqdir. Buna görə onlara minnətdarlıq düşür.
***
Oyunun keçiriləcəyi Leverkuzen kiçik və sənaye şəhəri olduğundan ona yaxın Kölndə qalmaq daha münasib variant olur. Almaniya bizi özünə məxsus yağışlı-çiskinli, tutqun hava ilə qarşılayır. Köln əhalisinin sayına görə (təqribən 1 milyon) Almaniyanın ən böyük dördüncü şəhəridir. Bura ilə bağlı məşhur deyimlərdən biri odur ki, Kölndə olmayan, Almaniyanı görmüş sayılmaz. Elə ilk tanışlıqdaca özünəməxsus memarlığı, möhtəşəm kilsə və körpüləri, sakit küçələri ilə Köln sizi özünə valeh edir.
***
Buranın əsas simvollarından biri mərkəzdə yerləşən Köln kafedralıdır. Qotik üslubda tikilən kafedralın hündürlüyü 157 metrdir. Dünyanın ən hündür 3-cü kilsəsidir. Bir qədər şişirdilmiş səslənsə də, belə məlumat var ki, hər gün 20 mindən çox insan buranı ziyarət edir. Kafedral əzəməti və böyüklüyü ilə nəinki Kölnün, ümumilikdə Almaniyanın ən çox turist cəlb edən abidəsidir. Tikintisi təqribi 600 ilə yekunlaşıb. Zərgər dəqiqliyi ilə işlənməsi inşaatın bu qədər vaxt aparmasına gətirib çıxarıb. Həqiqətən kilsənin memarlığında qəribə bir mistika, ecazkarlıq var. Yolunuz nə vaxtsa Kölnə düşsə, ilk hara getməli olduğunuzu artıq bildiniz.
Kafedralın qarşısında gəzişərkən Azərbaycan və Türkiyə bayraqlarının yanaşı qoyulduğunu görürəm. Müxtəlif ölkələrin bayraqlarını yerə həkk edərək pul qazanan rəssam bizim bayraqları məxsusi olaraq öz çamadanına yerləşdirib. Haralı olduğunu soruşuram. "Rumınıyalıyam" deyir. Bu özəl diqqətin səbəbini soruşsam da, ingilis dilində rabitəsiz danışığı ilə verdiyi cavab anlaşılmaz olur. Təşəkkür edib atdığı addıma görə “hörmət” etmək istəyirəm. Gözləmədiyim halda ehtiyac olmadığını deyib əlimi geri qaytarır.
***
Kölnlə bağlı daha bir maraqlı məlumat dünyada ilk odekolonun burada ixtira edilməsidir. İtaliyalı parfümer Yohan Maria Farinanın “Eau de Cologne” adını verdiyi odekolon-kolonya hərfi tərcümədə “Köln suyu” mənasına gəlir.
***
Köln haqqında bu qədər informasiyanın yetərli olduğunu düşünürəm. Bu axşam Azərbaycan futbolunda tarixi gün yaşanacaq. “Qarabağ” Bakıda son anda məğlubiyyətdən canını qurtaran məğlubedilməz “Bayer”ə qarşı oynayacaq. Bir-birini əvəzləyən cavabsız suallar: Görəsən, necə olacaq? Turu keçə bilərikmi? Möcüzə baş verərmi? Mətbuat konfransında Qurban müəllim də iddialı danışdı. Heç kimdən qorxmuruq dedi.
Azarkeşlərin komandadan gözləntiləri hədsiz artıb. Məni ən çox təsirləndirən bu etimad hissidir. Hər şeydən vacibi də bu inamı yaratmaq deyilmi? Səni, ölkəni ləyaqətlə təmsil edənlərə sonadək inanmaq, güvənə bilmək. Elə bir inam ki, 36 oyundur məğlub olmayan komandaya belə qalib gələ bilib turu keçməyi düşünürsən. İnam varsa, nəticədən asılı olmayaraq qalib bizik. Möcüzəyə inanmayanlar isə onu heç vaxt tapmayacaqlar.
Mirhacib Məcid
Köln
"İnter Mayami" Messinin daha bir dostu ilə danışıqlar aparır
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
“Sabah”ın Tərtərdəki seçimləri yekunlaşdı
"Şamaxı"nı 2-ci pilləyə yüksəldən qələbə - Video
Avro-2024-ü buraxacaq
"Çelsi" Konteyə təklif göndərdi
"Qaradağ Lökbatan" "Araz-Saatlı"ya aman vermədi - Video
Tonalinin cəzası iki ay uzadıldı
Liderdən qələbə, "Şamaxı" 2-ci pilləyə yüksəldi
Ranqnik "Bavariya"dan niyə imtina edib?
"Real"ın kapitanı Messi ilə komanda yoldaşı olacaq
Fransa klubu baş məşqçisini istefaya göndərir
"Real" Marselonun oğlu ilə müqaviləni uzatdı
Rusiya millisi üçün yeni rəqib
Benzema "Real"ın bazasında
"Borussiya" Hummelslə bağlı qərar verdi
"Real" ukraynalı qapıçı ilə yeni müqavilə imzalayır
Almaniya Çempionlar Liqasında daha bir yer qazandı
Ranqnik "Bavariya" ilə planlaşdırılan görüşü ləğv etdi
Klublar Komitəsinin növbəti iclası keçirildi - Şəkillər
A seriyasına yüksələn ilk komanda bilindi
Luis Enrike məğlubiyyəti şərh etdi
Avrokubokun oyunlarını göstərəcək kanalların siyahısı
UEFA bu futbolçuların oyununu səsverməyə çıxardı
Mbappe kuryoz hadisə ilə üzləşdi
"Traktor" liderdən xal aldı
"Bayer" "Roma"ya, "Marsel" "Atalanta"ya qarşı
"Borussiya" PSJ-ni belə məğlub etdi - Video
"Borussiya" PSJ-yə qalib gəldi
Ronaldo dubl etdi, "Əl-Nəsr" finala adladı
"Yuventus" futbolçusuna 7,5 milyonluq müqavilə təklif etdi
"Karvan" "İmişli"ni belə məğlub etdi - Video
"Milan"ın Menyan qərarı
Xviça yalnız bu şərtlə "Napoli"də qalacaq
"Difai Ağsu" - "Mingəçevir" oyununda 5 qol - Video
"Atletiko" Oblakı transferə çıxardı
"Difai Ağsu" və "Karvan"dan qələbə
Əvəzedicilər Liqasında 32-ci tur başa çatdı
ÇL-in oyunu bu kanallarda
Azərbaycanlı nümayəndə ilk dəfə Avropa çempionatında
"Qusar"ın səfər qələbəsi - Video
Tuhel: "Madriddə qələbə qazanmalıyıq"
Timo Verner üçün mövsüm başa çatdı