Almir Hurtiç: “Çox şanssız qollar buraxırıq”

Almir Hurtiç: “Çox şanssız qollar buraxırıq”
XƏBƏR 15 Sentyabr 2010 / 00:08 1846
-  A +

“Son oyunlarda çox şanssız qollar buraxırıq. Bu oyunda da penaltidən qapımızda qol gördük”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Muğan”ın baş məşqçisi Almir Hurtiç söyləyib.
Bu gün Unibank Premyer Liqasının 5-ci turu çərçivəsində sentyabrın 11-dən təxirə salınan “Neftçi” ilə oyundan (0:1) sonra Salyan klubunun çalışdırıcısı daha sonra bunları vurğulayıb: “Neftçi” çox güclü komandadır. Əvvəlki illərlə müqayisədə çempionatın da səviyyəsi artıb. Artıq öncədən oyunda hansı komandanın qalib gələcəyini demək çox çətindir".


Son xəbərlər