Traore koronavirusdan sağaldı

Traore koronavirusdan sağaldı
XƏBƏR 6 Sentyabr 2020 / 15:45 1680
-  A +

İspaniya millisininin və “Vulverhempton”un futbolçusu Adama Traore koronavirusdan sağalıb.

Qol.az xarici KİV-lərə istinadən  xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçidən yenidən test nümunələri götürülüb. Nəticələr neqativ çıxıb və oyunçunun virusdan sağaldığı məlum olub.

Bildirilir ki, A.Traore artıq milli komanda ilə məşqlərə qoşulub.

Qeyd edək ki, UEFA Millətlər Liqasının 1-ci turunda Almaniya ilə matçdan əvvəl A.Traoredən test nümunələri götürülmüşdü və nəticələr pozitiv olmuşdu. Buna görə də futbolçu İspaniya millisinin heyətindən çıxarılmışdı.


Son xəbərlər