Maqaye Qeyenin yeni klubu məlum oldu

Maqaye Qeyenin yeni klubu məlum oldu
XƏBƏR 5 Sentyabr 2020 / 14:25 7496
-  A +

“Qarabağ”dan ayrılan Maqaye Qeye özünə yeni klub tapıb.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu karyerasını “Adanaspor”da  davam etdirəcək. Türkiyənin 1-ci liqasında mübarizə aparan klubun tezliklə seneqallı oyunçunun transferini açıqlayacağı gözlənilir.

Qeyd edək ki, M.Qeye 2019/20-ci illər mövsümünü  “Qarabağ”da keçirib. O, komandanın heyətində 28 matça çıxıb və 8 qol vurub.

Xatırladaq ki, Qeye 2015/18-ci illərdə də "Adanaspor"un formasını geyinib.

Son xəbərlər
17.05.25  15:18

Ronaldo yeni klub alır