"Qalatasaray" yeni hücumçu aldı - Rəsmi

"Qalatasaray" yeni hücumçu aldı -  Rəsmi
XƏBƏR 2 Sentyabr 2020 / 18:55 7866
-  A +

“Qalatasaray” heyətinə yeni futbolçu cəlb edib.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kerem Aktürkoğlu ilə 4 illik müqavilə imzalanıb. 

21 yaşlı hücumçu son olaraq 3-cü liqa təmsilçisi “Ərzincanspor”da çıxış edib. O, 33 oyuna 20 qol vuraraq komandasının 2-ci liqaya yüksəlməsində böyük rol oynayıb.

Xatırladaq ki, “Qalatasaray” Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibidr. İstanbul təmsilçisi “ağ-qaralar”la sentyabrın 17-də Bakıda qarşılaşacaq.

Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda