"Deyəsən, "Bavariya"dan getmək istəyir"

"Deyəsən, "Bavariya"dan getmək istəyir"
XƏBƏR 30 Avqust 2020 / 13:19 4763
-  A +

“Bavariya”nın idarə sədri Karl-Hayns Rummenigge futbolçuları Tiaqo Alkantaranın komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, 29 yaşlı yarımmüdafiəçi üçün transfer təklifi gözlədiklərini deyib:

“Tiaqo deyəsən, “Bavariya”dan getmək istəyir. Qarşıdakı günlərdə onun üçün təklif gözləyirik. Hər şey belə davam edərsə, bu, ağrılı olacaq”. 

Qeyd edək ki, Münhen təmsilçisi ilə 2021-ci ilin yayınadək müqaviləsi olan T.Alkantaranı “Liverpul” da heyətinə qatmaq istəyir.

Xatırladaq ki. T.Alkantara 2013-cü ildən “Bavariya”da oynayır. O, ötən mövsüm 24 matça çıxaraq 3 qol vurub.

Daha çox


Son xəbərlər