Xəbər verdiyimiz kimi, Çempionlar Liqasında üçüncü təsnifat mərhələyə adlayan “Qarabağ” avqustun 31-də keçiriləcək püşkatmada “səpələnmişlər” səbətində yer alacaq. Bu, nisbətən güclü komandaların qrupu sayılır.
Düzdür, Ağdam klubu əvvəlcə “səpələnməmişlər” səbətində reytinqinə görə ən güclü komanda kimi qərarlaşmışdı. Amma “səpələnmişlər”dən “Ludoqorets” (Bolqarıstan) və “Seltik” (Şotlandiya) ikinci mərhələdə uduzduğundan onları həmin səbətdə “Qarabağ” və “Makkabi” (Tel-Əviv) əvəz etdi.
Artıq “Qarabağ”ın üçüncü mərhələdəki potensial rəqibləri bəllidir. “Səpələnməmişlər” səbətində yer alan bu beş komandadan biri “Qarabağ”a rəqib olacaq:
“Molde” (Norveç)
“Midtüllann” (Danimarka)
“Ferensvaroş” (Macarıstan)
“Omoniya” (Kipr)
“Dinamo” (Brest, Belarus)
Bəs, bu komandalar Avropada 2020/21 mövsümünə necə başlayıblar?
“Molde”
Son Norveç çempionu ÇL-də ilk mərhələdə “Kuopio”ya (Finlandiya) evdə 5:0, ikinci mərhələdə isə səfərdə “Tsele”yə (Sloveniya) 2:1 hesabı ilə qalib gəlib. Hazırda davam edən ölkə çempionatında 16 turdan 34 xalla ikinci yeri tutur. Onlar 15 matçda 41 xal toplayan lider “Bodoe”dən 7 xal geri qalır.
“Midtüllann”
Potensial rəqiblərdən yalnız “Midtüllann” turnirə ikinci mərhələdən qoşulub. Son Danimarka çempionu səfərdə güclü “Lodoqorets”ə qalib gəlməyi (1:0) bacarıb.
“Ferensvaroş”
Budapeşt təmsilçisi ilk mərhələdə evdə İsveçin “Yurqorden” komandasını məğlubiyyətə uğradıb – 2:0. İkinci mərhələdə isə macarlar Şotlandiyada “Seltik” üzərində sensasiyalı qələbə qazanaraq (2:1) növbəti raunda yüksəliblər.
“Omoniya”
Son Kipr çempionu Avropada məşhur olmasa da, “Qarabağ”ın bu ölkənin tanınmış APOEL klubuna qarşı matçlarda uğursuzluqlarını unutmamalıyıq. Bəlkə də “Omoniya” potensial rəqiblər sırasında ən münasiblərdən hesab edilə bilər. Amma ÇL-də uğurlu başlanğıc kiprliləri ciddiyə almağı əsas verir. Onların ilk mərhələdə Ermənistanda “Ararat-Armenia” üzərində qələbəsi (1:0) təəccüblü görünməyə bilər. Amma kiprlilərin səfərdə “Legiya”nı (Polşa) udaraq (2:0, hər iki qol əlavə vaxtda vurulub) üçüncü mərhələyə yüksəlməsi ən azı bu komandaya ehtiyatla yanaşmağın vacibliyini sübut edir.
“Dinamo”
Brest təmsilçisi Belarusun son çempionudur. Hazırda ölkədə davam edən yerli liqada onların durumu yaxşı deyil. Komanda 20 turdan 29 xalla 10-cu yeri tutur. Onların yeni mövsüm avrokuboklara vəsiqə qazanmamaq riski yüksəkdir. Bununla belə, “Dinamo” Çempionlar Liqasının ilk mərhələsində hazırda bir xeyli zəifləyən “Astana”nı öz meydanında 6:3 hesabı ilə məğub edib, növbəti oyunda isə Bosniya və Hersoqovina təmsilçisi “Sarayevo”ya qalib gəlib (2:1).
Qol.az
İlin futbolçusu seçildi
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək
Elçin Məsiyev zədələndi, oyunun hakimi dəyişdi
"İnter" derbiyə itki ilə çıxacaq
Bellinqem, Palmer, Virtz, Vitinya...
Zədəli Osimhenin durumu açıqlandı
İlin klubu adına namizədlər hansılardır?
Azərbaycan güləşçisi İslamiadada finala yüksəldi
DÇ-2026-da seçmə mərhələnin bombardiri
Arteta, Flik, Mareska, Alonso...
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
İlin futbolçusu adına namizədlər - Siyahı
Çempionlar Liqası yenidən "Kamp Nou"da!
Misli Premyer Liqasında 12-ci turun hakimləri açıqlandı
U-21 millimiz Cəbəllütariqə belə qalib gəldi - Video
Avropa zonasının pley-off səbətləri - DÇ-2026
Montella İspaniya ilə heç-heçə haqda
İspaniya millisi dünya rekordunu təkrarladı
Cəmi 156 min əhalisi var - DÇ-2026-da oynayacaqlar