"Şerif" koronavirus testindən keçdi - Sabah gəlirlər

"Şerif" koronavirus testindən keçdi -  Sabah gəlirlər
XƏBƏR 24 Avqust 2020 / 17:17 2084
-  A +

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Moldova "Şerif"i sabah çarter reysi ilə Bakıya gələcək.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda UEFA-nın qaydasına uyğun olaraq səfər öncəsi koronavirus testindən keçib.

Tiraspol təmsilçisinin bütün futbolçularının və məşqçilər heyətinin test nəticəsi mənfi olub. Test nəticələri UEFA-ya göndərilib.

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da başlayacaq.

Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda