Azərbaycan Premyer Liqasında ilk oyununa çıxdı

Azərbaycan Premyer Liqasında ilk oyununa çıxdı
XƏBƏR 24 Avqust 2020 / 00:29 3845
-  A +

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün 1-ci turunda “Qarabağ”la oyun (2:0) “Sabah”ın gənc futbolçusu Ceyhun Nuriyev üçün əlamətdar olub.
 
Qol.az klubun saytına istinadən xəbər verir ki, “Azersun Arena”da keçirilən qarşılaşma 19 yaşlı yarımmüdafiəçinin Premyer Liqada ilk oyunu olub.
 
Baş məşqçi Visente Qomes Ceyhuna start heyətində şans verib. Gənc futbolçu qarşılaşmanın 61-ci dəqiqəsində Yevgeni Koçukla əvəzlənib.
 
Xatırladaq ki, Nuriyev “Sabah”ın əsas komandasına klubun U-19 komandasından cəlb olunub.

Son xəbərlər