Azərbaycan çempionatları tarixində indiyədək 37 poker qeydə alınıb.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, bir futbolçunun oyunda 4 qol vurmasına daha çox – 7 dəfə 1992-ci ildə təsadüf olunub.
1993/94 və 1995/96 mövsümlərində 4 belə hadisə yaşanıb. Son 5 mövsümdə isə bunu bacaran olmayıb. Premyer Liqada sonuncu poker 2014/15 mövsümündə qeydə alınıb. Həmin vaxt AZAL-ın futbolçusu Freddi Mombonqo fərqlənib.
İndiyədək 32 futbolçu poker müəllifi olub. Mütləq rekord Nazim Əliyevə məxsusdur. 4 müxtəlif mövsümdə bunu gerçəkləşdirən hücumçu 3 klubun heyətində fərqlənib. O, “Neftçi”də 2, “Dinamo” və Sumqayıt “Xəzər”ində bir pokerə sevinib.
Samir Ələkbərovla Fazil Pərvərovun hesabında 2 belə oyun olar. Lakin onlar eyni mövsümdə iki poker müəllifi olmaqla rekorda imza atıb. Samir 1992-ci ildə “Neftçi”də, Fazil 1995/96 mövsümündə “Kəpəz”də belə nailiyyət müəllifi olub. Digər 29 oyunçu hərəyə bir görüşdə 4 qol vurub.
Klublara gəlincə, “Kəpəz”in 7 futbolçusu 8 pokerə imza atıb. İkinci göstərici “Neftçi”dədir. Paytaxt klubunda 3 oyunçu ümumilikdə 5 matçda 4 top vurub. “Turan”ın heyətində üç oyunçu hərəyə bir dəfə fərqlənib. Ümumilikdə, 19 komandanın üzvləri pokerə imza atıb.
İlham Əliyev: "Dünya çempionatının Özbəkistan və Azərbaycanda təşkili ortaq tarixi nailiyyətdir"
MEDİA müsabiqə elan etdi
"Bizim vəzifəmiz hər oyunda qalib gəlməkdir"
Çempionlar Liqasında yeni rekord müəyyənləşdirdi
Əfsanəvi futbolçunun oğlu Azərbaycan millisinə 3 qol vurdu
Emin Mahmudov da millinin oyununu buraxa bilər
Ayxan Abbasov: “İslandiya daha çox təzyiq altındadır”
Millimiz seçmə mərhələyə ağır məğlubiyyətlə başladı
Zirkze “Mançester Yunayted”dən ayrıla bilər
"Qarabağ"ın rəqibinin yarımmüdafiəçisi zədələndi
Yığmamız Bolqarıstana böyük hesabla uduzdu
Tuncay Şanlı "Fənərbaxça"ya qayıtdı
Kenan Yıldız "Yuventus"dan gedə bilər
Voleybol millimiz finala yüksəldi