Burak Yılmaz "Beşiktaş"dan ayrıldı - Rəsmi

Burak Yılmaz "Beşiktaş"dan ayrıldı -  Rəsmi
DÜNYA FUTBOLU 24 İyul 2020 / 14:18 3606
-  A +

"Beşiktaş"ın futbolçusu Burak Yılmaz komandadan ayrılıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı hücumçu bugünkü məşqdən sonra baş məşqçi Sərgən Yalçın və komanda yoldaşları ilə vidalaşıb.

Türkiyə millisinin üzvü karyerasını Fransada davam etdirə bilər. Onu "Lill" transfer etməyi planlaşdırır.

Qeyd edək ki, B. Yılmaz ötən ildən "Beşiktaş"da çıxış edirdi.


Son xəbərlər