"Səbail" Aftandil Hacıyevlə bağlı qərar verdi - Rəsmi

"Səbail" Aftandil Hacıyevlə bağlı qərar verdi -  Rəsmi
ÖLKƏ FUTBOLU 17 İyul 2020 / 15:58 4330
-  A +

“Səbail” baş məşqçisi Aftandil Hacıyevlə müqaviləni uzadıb.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 39 yaşlı məşqçinin yeni sözləşməsi  2020/2021 mövsümün sonuna kimi nəzərdə tutulub.

Eyni zamanda, komandanın məşqçiləri Emin Ağayev, Yaşar Hüseynov və Fərhad Vəliyev ilə 2020/2021 mövsümünün sonuna kimi müqavilə artırılıb.

Qeyd edək ki, A.Hacıyev 2018-ci ildən paytaxt təmsilçisini çalışdırır. Komanda onun rəhbərliyi ilə 2018/2019 mövsümündə Premyer Liqada 3-cü yeri tutaraq Avroliqaya vəsiqə qazanıb.

Daha çox


Son xəbərlər