“Liverpul”un çempionluğu bu gecə rəsmiləşə bilər

“Liverpul”un çempionluğu bu gecə rəsmiləşə bilər
DÜNYA FUTBOLU 25 İyun 2020 / 20:42 2715
-  A +

Bu gecə İngiltərə Premyer Liqasının lider "Liverpul" çempionluğunu rəsmiləşdirə bilər.

Qol.az xəbər verir ki, 86 xalla 1-ci olan "qırmızılar"ın ən yaxın izləyicisi "Mançester Siti" bu gün səfərdə “Çelsi”nin qonağı olacaq.

Aktivində 63 xalı olan "şəhərlilər" Bakı vaxtı ilə 23:15-də start götürəcək qarşılaşmada qələbə qazanmasa, son 7 turun nəticələrindən asılı olmayaraq “Liverpul” çempionluğunu rəsmiləşdirəcək.

Qeyd edək ki, buna qədər 18 dəfə ölkə çempionu olan “Liverpul” son dəfə 1989/90 mövsümündə qızıl medallara sahib çıxıb.


Son xəbərlər
05.05.25  17:37

Kloppun Fabreqas planı

05.05.25  10:58

Son 11 mövsümdə ilk