AFFA klublara məşq etməyə icazə verdi

AFFA klublara məşq etməyə icazə verdi
XƏBƏR 18 İyun 2020 / 14:23 1856
-  A +

2019/20 mövsümü Azərbaycan Premyer Liqası və kuboku erkən dayandırılsa da, komandalar hazırlıq keçə biləcəklər.

Qol.az xəbər verir ki, bu haqda AFFA İcraiyyə Komitəsinin bugünkü qərarında bildirilib.

Qeyd edilib ki, COVID-19 pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlara və tövsiyələrə riayət etməklə klublar məşqlərini davam etdirə bilər.


Son xəbərlər