Peşəkar Futbol Liqası iyunun 21-dən bərpa olunacaq Azərbaycan Premyer Liqasının təqvimini açıqladı. Təqvimdə diqqəti bir məqam xüsusi çəkir: geridə qalan hər 8 turda bütün 4 oyun eyni gündə keçiriləcək. Məsələn, 21-ci turun qarşılaşmaları iyunun 21-nə təyin edilib:
“Qarabağ” – “Qəbələ”
“Sabah” - “Keşlə”
“Sumqayıt” – “Səbail”
“Zirə” – “Neftçi”
Oyunların eyni günə salınmasının komandalara bərabər istirahət və yüklənmə balansı verilməsi üçün atıldığı bildirilir. Amma matçların fərqli iki gündə keçirilməsi də istirahət hüququnu pozmaya bilərdi. Avropanın bərpa olunan ən azı iki liqasında – Almaniya və Çexiyada turun oyunları iki, bəzən üç gündə keçirilir. Amma qəribədir ki, bizdə bütün oyunlar eyni günə salındı. Şübhəsiz, Avropanın digər bənzər qurumları ilə müqayisədə bizim futbol təşkilatları təqvimlə bağlı tələskən qərar verdilər. Hərçənd əlavə bir-iki günlük davamlı müzakirələr nəticəsində hamını qane edə biləcək variant da tapmaq mümkün idi.
Hazırkı təqvim isə onsuz da azarkeş marağı sarıdan korluq çəkən Azərbaycan Premyer Liqası üçün əlavə problem yaradacaq. Bu isə istər-istəməz yerli liqanın onsuz da quru, sıxıcı olan vizyonunu bir daha zədələyəcək. Konkretləşdirək. İndi ümumi sayı cəmi onminlərlə olan (stadiona gələnlər, daha çox isə matçları TV-dən izləyənlər) Azərbaycan futbolunun azarkeşləri arenaya buraxılmayacağından turun oyunlarına yayımçı şirkət “CBC Sport”dan baxmalıdırlar. Bu kanal isə hələ koronavirus pandemiyasından əvvəlki dövrlərdə də bəyan edib ki, texniki səbəblərdən bir gündə uzağı 2 oyun yayımlaya bilər. Yəni indi kanal əvvəlkitək tutun bütün 4 deyil, cəmi 2 oyununu göstərmək məcburiyyətində qalacaq. Fərz edək ki, “CBC Sport” “Qarabağ” – “Qəbələ” və “Zirə” – “Neftçi” matçını yayımlayır, amma “Sumqayıt” – “Səbail” oyunu kənarda qalır. O zaman minlərlə sumqayıtlı azarkeş nəyləməlidir? Azarkeş stadiona buraxılmır, komandasının matçına isə TV-dən baxa bilmir. Bu, Avropa kubokuna vəsiqə üçün mübarizə aparan “Sumqayıt”ın fanatlarına münasibətdə haqsızlıq olmayacaqmı? Yaxud sabah lider “Qarabağ”, ikinci pillədəki “Neftçi”nin oyunu göstərilməsə, narazılıqlar baş alıb gedəcək.
Ona görə də bir halda ki, AFFA və PFL oyunları eyni günə salıbsa, o zaman bütün matçların yayımının mümkünlüyü barədə də düşünməlidir. Yəni “CBC Sport”da yayımlanması texniki baxımdan mümkün olmayan turun digər iki qarşılaşması başqa kanallardan birində, məsələn, elə “İdman TV”də göstərilə bilər. Kanalın bunun üçün yüksək texniki imkanları, kadr potensialı və yaxşı şərhçiləri də var.
Nəzərə alaq ki, dünya, Avropa çempionatları, Çempionlar Liqasının yarışları zamanı Azərbaycanda bənzər təcrübədən istifadə olunub (İTV-AzTV, “İdman”-CBC Sport əməkdaşlığı).
Niyə bu dəfə də olmasın?
Aydın BAĞIROV
Messinin ən hündür heykəli ucaldıldı
“Səbail” “Difai”ni belə məğlub etdi - Video
“Liverpul” Salahı onunla əvəzləməyə hazırlaşır
Konfrans Liqası matçı öncəsi azarkeş qarşıdurması
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
"Arsenal" böyük klubların hücumçuları ilə maraqlanır
ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu
Yüksək Liqada 10-cu turun oyunları keçirildi
Fransa klubu baş məşqçisini istefaya göndərdi
"Lənkəran" klubunun şikayəti təmin edilmədi
Komanda uduzdu, azarkeşləri stadionu yandırdı
Təxirə salınan oyunla bağlı qərar açıqlandı
“Neftçi”nin sabiq futbolçusu yenidən Rusiya klubunda
Abubakarı millidən uzaq salan Eto'Odur? - Şok iddia
Millini Rafael Markes çalışdıracaq
Azərbaycan millisinin rəqibləri müəyyənləşdi
"Oğlum Yadullanın müsibəti heç belə olmamışdı"
Misli Premyer Liqasında həftənin hakimləri
Bakıda "Ayaks"a möhtəşəm dəstək - Video
Millimizin Avropa çempionatındakı rəqibləri müəyyənləşdi
Türkiyə klublarının bugünkü oyunlarını yayımlayacaq kanallar
Rui Patrisiu karyerasını başa vurdu
“Real” Xabi Alonsonu istefaya göndərmir