“Koronavirusla bağlı vəziyyət və Azərbaycan klubu ilə yaya qədər olan müqavilə bu qərarı verməyimə təsir etdi".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın sabiq hücumçusu Marko Deviç “zurnal.rs” saytına açıqlamasında deyib.
Bir müddət əvvəl karyerasını bitirdiyini açıqlayan Ukrayna millisinin keçmiş üzvü artıq yaşının çox olduğunu və məşqlərə əvvəlki kimi həvəsli olmadığını bildirib: "37 yaşlı insan digər şeylər – həyat və idman çətinlikləri haqqında düşünməyə başlayır. Amma bu məsafədə artıq yarım saat sonra məşqə başlamağım, saat 15:00-da stadiona getməyim üçün özümü həvəsləndirə bilmirəm. Burda maksimum səviyyədə necə oynaya bilərəm? Digər tərəfdən ailəm var. Oturdum, fikirləşdim və futbolla vidalaşdım. Ancaq sadəcə meydanda.
Ölkə xaricində 16 ildən çox karyera gözləmirdim. Bunun üçün xoşbəxt və qürurluyam, bunlar mənim üçün böyük şeydir. Çox gözəl xatirələrim oldu”.
Deviç gələcək planları ilə bağlı isə bunları deyib: “Əvvəlcə bir az fasilə verməliyəm. Futbolda idarəçilik işində ola bilərəm, bu baxımdan, digər imkanlara da baxacam. Şahmat oynamağı da sevirəm. Əvvəlcə menecer, sonra məşqçi olacam. A kateqoriyalı lisenziyam var, ən yüksək məşqçilik kursuna qatılmağı planlaşdırıram. Səyahət menecer həyatının ayrılmaz hissəsidir. Bu, məşqçilikdən daha az streslidir”.
Qeyd edək ki, Serbiya əsilli ukraynalı futbolçu daha əvvəl 2018/2019 mövsümündə "Sabah"da çıxış edib. Ötən yay Serbiyanın "Voydovats" klubuna keçən Deviç bu mövsümün qış fasiləsində yenidən "Sabah"a transfer olunmuşdu.
“Sabah” səfər oyununa hazırlıqları davam etdirir - Şəkillər
Fabio Kannavaro Özbəkistan millisi ilə razılığa gəldi
“Neftçi” “Zirə” ilə matça tam heyətlə çıxacaq
“Şəfa” MOİK-ə 4 qolla qalib gəldi, “Səbail” xal itirdi
İngiltərə klubu hücumçusu ilə yeni müqavilə bağladı
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
AFFA prezidenti FİFA rəhbərinə təşəkkür etdi
Premyer Liqada 7-ci turun təyinatları açıqlandı
Bəhlul Mustafazadə: “Bundan artığı niyə də olmasın?”
Fransa millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
İlin ən yaxşı minifutbolçusu
Arteta, Qvardiola...
Almaniya millisinin heyəti açıqlandı
"Barselona"da yeni müqavilə olacaq
"Kopenhagen" Bakıda loqosuz forma ilə oynadı
2-ci liqada oyunların saatı bilindi
Tovuz stadionunda işlər yekunlaşmaq üzrədir - Video
Debüt matçında zədələndi, 1 il oynamayacaq
Finala ən ucuz biletin qiyməti 2030 dollardır
Xankəndidə III MDB Oyunlarına start verildi
Türkiyə klublarının avrokubok oyunları bu kanallarda
Dini bayrama görə Çempionlar Liqasında oynamadı