UEFA Avropa çempionatının vaxtını dəyişdi - Rəsmi

UEFA Avropa çempionatının vaxtını dəyişdi - Rəsmi
DÜNYA FUTBOLU 23 Aprel 2020 / 15:34 3155
-  A +

UEFA qadınlar arasında gələn il keçirilməli olan Avropa çempionatını təxirə salıb.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, turnirin 2021-ci ildə yox,  2022-ci ildə keçiriləcəyi açıqlanıb. Bildirilib ki, kişilər arasında Avro-2020-nin koronavirus səbəbindən 2021-ci ilə salınması ilə əlaqədar bu qərar verilib. UEFA qadın futbolunun inkişafı üçün hər iki turnirin eyni ildə keçirilməsini istəməyib. Bununla da, qadınlar arasında Avropa çempionatının 2022-ci ilin yayında yeganə böyük turnir olacağı vurğulanıb.

Qeyd edək ki, qadınlar arasında Avropa çempionatı 6-31 iyul tarixlərində İngiltərədə keçiriləcək.


Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu