Karluş Keyruş millinin baş məşqçisi oldu

Karluş Keyruş millinin baş məşqçisi oldu
XƏBƏR 28 İyul 2025 / 11:07 3190
-  A +

Portuqaliya millisinin və "Real"ın sabiq çalışdırıcısı Karluş Keyruşun yeni iş yeri müəyyənləşib.

QOL.az xəbər verir ki, o, Oman millisinin baş məşqçisi təyin olunub. 72 yaşlı mütəxəssis Oman Futbol Federasiyası ilə 1 illik müqavilə imzalayıb.

Oman millisi DÇ-2026-nın seçmə mərhələsində Qətər və BƏƏ ilə eyni qrupda çıxış edəcək. Qrupun qalibi birbaşa dünya çempionatının final turnirinə yollanacaq, 2-ci yeri tutan komanda isə pley-off oynayacaq.

Qeyd edək ki, Keyruşun son iş yeri Qətər millisi olub. O, əvvəllər İran, Misir, Kolumbiya, Cənubi Afrika və BƏƏ yığmalarını da çalışdırıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
22.06.26  12:51

"İmişli"də ayrılıq

22.06.26  09:39

Salah yenə ön planda

topaz banner