Poqba İnstagramda pul yığır

Poqba İnstagramda pul yığır
DÜNYA FUTBOLU 16 Mart 2020 / 16:50 3659
-  A +

“Mançester Yunayted”in futbolçusu Pol Poqba sosial şəbəkədə aksiyaya başlayıb.

Qol.az xəbər verir ki, fransalı yarımmüdafiəçi İnstagram səhifəsində elan etdiyi aksiyada pul toplayır. O, yığılan vəsaiti koronavirusla mübarizə üçün UNİCEF-in hesabına köçürəcək. Martın 15-də 27 yaşı tamam olan Poqba İnstagram səhifəsində yazıb:

“Bu gün mənim doğum günümdür. Xoşbəxtlikdən ailəm, yaxınlarım sağlamdırlar. Ancaq hazırda bu o qədər də önəm kəsb etmir. Çünki koronavirus milyonlarla insanın həyatını təhdid edir. Belə məqamda biz birlikdə hərəkət etməliyik”.


Son xəbərlər
20.08.25  17:03

"Yuventus"a qayıdır

20.08.25  14:23

"Roma"dan yeni transfer

20.08.25  09:21

Salahdan tarixi rekord