Qvardiola belə uğursuzluq yaşamamışdı - Antirekord

Qvardiola belə uğursuzluq yaşamamışdı -  Antirekord
DÜNYA FUTBOLU 9 Mart 2020 / 14:08 4541
-  A +

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın karyerasında antirekord qeydə alınıb.

Qol.az xəbər verir ki, bu, Premyer Liqanın son turunda “Mançester Yuneyted”lə oyunda baş verib. 0:2 hesabı ilə uduzan “şəhərlilər” bu mövsüm Premyer Liqada 7-ci məğlubiyyətini alıb.

Qvardiola karyerasında heç vaxt mövsüm ərzində çempionatda 7 oyunda uduzmayıb. Onun ən pis göstəricisi Premyer Liqadakı ilk mövsümündə elə “Mançester Siti” ilə olub. Həmin vaxt Qvardiolanın komandası mövsüm ərzində 6 dəfə uduzub.

Daha əvvəl isə ispaniyalı çalışdırıcı “Barselona” və “Bavariya” ilə mövsüm ərzində 5 dəfə məğlubiyyət acısı yaşayıb.

Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda