"Qalatasaray" və "Kayrat"dan məğlubiyyət - ÇL-də gecənin nəticələri

"Qalatasaray" və "Kayrat"dan məğlubiyyət - ÇL-də gecənin nəticələri
ÇEMPİONLAR LİQASI 19 Sentyabr 2025 / 00:59 4771
-  A +

Çempionlar Liqasında bu gün Liqa mərhələsinin 1-ci turunda yekun vurulub.

QOL.az xəbər verir ki, 3-cü oyun günündə 6 matç keçirilib.

Azərbaycan təmsilçisi "Qarabağ"ın rəqiblərindən "Kopenhagen" "Bayer"lə heç-heçə edib, "Napoli" "Mançester Siti"yə uduzub.

Türkiyə "Qalatasaray"ı da bu gün mübarizəyə start verib. İstanbul təmsilçisi "Qarabağ"ın digər bir rəqibi "Ayntraxt"a məğlub olub.

Həmçinin tarixində ilk dəfə Avropanın ali klub turnirində çıxış edən Qazaxıstan "Kayrat"ı "Sportinq"ə yenilib.

ÇL, Liqa mərhələsi, 1-ci tur

18 sentyabr

20:45. "Brügge" (Belçika) - "Monako" (Fransa) - 4:1

Qollar: Tresoldi, 32, Onyedika, 39, Vanaken, 42, Diakon, 75 - Fati, 90+1

20:45. "Kopenhagen" (Danimarka) - "Bayer" (Almaniya) - 2:2

Qollar: Larsson, 9, Robert, 87 - Qrimaldo, 82, Hatzidiakos, 90+1-avtoqol

23:00. "Mançester Siti" (İngiltərə) - "Napoli" (İtaliya) - 2:0

Qollar: Haaland, 56, Doku, 65

23:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Qalatasaray" (Türkiyə) - 5:1

Qollar: Sançez, 37, Uzun, 45+2, Burkartd, 45+4, 66, Nauff, 75 - Akgün, 8

23:00. "Sportinq" (Portuqaliya) - "Kayrat" (Qazaxıstan) - 4:1

Qollar: Trinçao, 44, 65, Santos, 67, Quenda, 68 - Edmilson, 86

23:00. "Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya) - 1:2

Qollar: Qordon, 90 - Reşford, 58, 67

16 sentyabr

PSV (Niderland) - “Yunion” (Belçika) - 1:3

“Atletik” (İspaniya) - “Arsenal” (İngiltərə) - 0:2

“Real” (Madrid, İspaniya) - “Olimpik” (Fransa) - 2:1

“Benfika” (Portuqaliya) - “Qarabağ” (Azərbaycan) - 2:3

“Yuventus” (İtaliya) - “Borussiya” (Dortmund, Almaniya) - 4:4

“Tottenhem” (İngiltərə) - “Vilyarreal” (İspaniya) - 1:0

17 sentyabr

"Olimpiakos" (Yunanıstan) - "Pafos" (Kipr) - 0:0

"Slaviya" (Çexiya) - "Budyo Qlimt" (Norveç) - 2:2

PSJ (Fransa) - "Atalanta" (İtaliya) - 4:0

"Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) - 3:1

"Liverpul" (İngiltərə) - "Atletiko" (İspaniya) - 3:2

"Ayaks" (Niderland) - "İnter" (İtaliya) - 0:2

Daha çox


Son xəbərlər