"Azərbaycan millisinə rəqib olmaq istəmirdik"

"Azərbaycan millisinə rəqib olmaq istəmirdik"
ÖLKƏ FUTBOLU 6 Mart 2020 / 10:50 5519
-  A +

Belarus millisinin baş məşqçisi Mixail Marxel Millətlər Liqasının püşkünü dəyərləndirib.

Qol.az xəbər verir ki, o, yerli mətbuata müsahibəsində Azərbaycan və digər Qafqazyanı ölkələrin milliləri ilə rəqib olmadıqları üçün şad olduğunu bildirib. O, bu yığmalarla oynamağın çətin olduğunu deyib:

“Nə sevinirəm, nə də məyusam. Hər şeyi olduğu kimi qəbul edirəm. Normal qrupdur.  Bu turinirdə kimlə qarşılaşmağı fərqi yoxdur.

Bəli, yenidən Gürcüstanla rəqib olmaq istəmirdik. Eləcə də digər Cənubi Qafqaz ölkələri olan Azərbaycan və Ermənistanla. Onlara qarşı oynamaq həmişə çətin olur. Xüsusilə də səfərdə”.

Qeyd edək ki, C Liqasında mübarizə aparacaq Belarus millisi 4-cü qrupda Qazaxıstan, Litva və Albaniyaya rəqib olub.

Daha çox


Son xəbərlər
08.04.25  01:44

"Napoli"dən xal itkisi