Gürcüstanın milli liqasında çıxış edən “Şevardeni-1906” klubu 21 yaşlı azərbaycanlı futbolçu Murad İsmayılzadəni sıralarına qatıb.
Qol.az-ın xəbərinə görə, on gün əvvəl komandanın təlim-məşq toplantısına qoşulan gənc futbolçu və paytaxt təmsilçisi arasında martın 1-də bir illik müqavilə imzalanıb. Gənc yarımmüdafiəçiyə 21 nömrəli forma təqdim edilib.
“İnter” PFK-nin yetirməsi olan Murad İsmayılzadə karyerası boyunca “İnter”, “Zirə”, “Sabah” klublarında oynayıb, müvafiq yaşlarında U-17 və U-19 Azərbaycan milli komandalarına cəlb olunub.
Tbilisi şəhərinin təmsil edən “Şevardeni-1906” komandası Qafqazın ən qədim idman cəmiyyətlərindən biri sayılır, 1911-ildə gürcü futbolunun təməlini qoyan komanda kimi tarixə keçib. 1987-ci ildə SSRİ çempionatının 2 liqa 9 zonasında debüt edib. 1990-cı ildən Gürcüstanın yüksək liqasında, 2001-ci ildən isə I divizionda çıxış edir.
Xatırladaq ki, başqa bir azərbaycanlı futbolçu – Nicat Qurbanov hazırda Gürcüstanın “Samtredia” komandasında çıxış edir.
“Sabah” səfər oyununa hazırlıqları davam etdirir - Şəkillər
Fabio Kannavaro Özbəkistan millisi ilə razılığa gəldi
“Neftçi” “Zirə” ilə matça tam heyətlə çıxacaq
“Şəfa” MOİK-ə 4 qolla qalib gəldi, “Səbail” xal itirdi
İngiltərə klubu hücumçusu ilə yeni müqavilə bağladı
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
AFFA prezidenti FİFA rəhbərinə təşəkkür etdi
Premyer Liqada 7-ci turun təyinatları açıqlandı
Bəhlul Mustafazadə: “Bundan artığı niyə də olmasın?”
Fransa millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
İlin ən yaxşı minifutbolçusu
Arteta, Qvardiola...
Almaniya millisinin heyəti açıqlandı
"Barselona"da yeni müqavilə olacaq
"Kopenhagen" Bakıda loqosuz forma ilə oynadı
2-ci liqada oyunların saatı bilindi
Tovuz stadionunda işlər yekunlaşmaq üzrədir - Video
Debüt matçında zədələndi, 1 il oynamayacaq