Stamenkoviç: “Bizim komandada 20 nəfər Ramil var”
"Sabah" komandasının qapıçısı Saşa Stamenkoviçin müsahibəsi
- Azərbaycan Premyer Liqasının XIX turunda səfərdə "Qarabağ"dan 1 xal almağı bacardınız. Oyunla bağlı nə deyə bilərsiniz?
- Çox maraqlı oyun alındı. Həm Jelko Sopiç, həm də Qurban Qurbanov öz baş məşqçilik bacarıqlarını nümayiş etdirdilər.
- Demək olarmı ki, "Sabah" məhz sizin etibarlı çıxışınız sayəsində uduzmadı?
- Xeyr. Tək mən yox, bütün komanda yaxşı oynadı. Öz çıxışıma gəlincə, şəxsən mən təəccüblənmədim. Çünki 1 xalı hamımız qazandıq. Ümumiyyətlə, son 4 matçda komandamız əsl xarakter nümayiş etdirir.
- Meydana 1 xal üçün çıxdığınız ilk dəqiqələrdən görünürdü. Bütün komanda ilə müdafiəyə çəkilmişdiniz...
- Yox, səfərə 1 xal üçün yollanmamışdıq. Sadəcə, "Qarabağ"ın imkan verdiyi qədər oynadıq. Bizim də qol epizodlarımız oldu, lakin yararlana bilmədik. Qapımız qarşısında "avtobus" yox, "qatar" saxlamışdıq (gülür). Səhərə qədər oynasaq belə, qol buraxmayacaqdıq. Məgər, Joze Mourinyo Çempionlar Liqasını həmin "avtobus", "qatar"la qazanmayıb? Deməli, düzgün taktikadır.
- Matçın sonlarına doğru "Qarabağ" azarkeşləri əleyhinizə xoşagəlməz şüarlar səsləndirirdilər. Bu amil sizə mənfi təsir etmirdi?
- Karyeram ərzində heç vaxt fanatlarla problem yaşamamışam. Mən öz beynimdə elə düşünürdüm ki, onlar "Saşa super" - deyə qışqırırlar. Bu isə ağılın gücüdür.
- "Qarabağ"ın son dəqiqələrdə vurduğu qol qeydə alınmadı. Qarşı tərəf iddia edir ki, hakim yanlış qərar qəbul etdi. Siz necə düşünürsünüz?
- Bunu müzakirə etməyəcəyəm. Sadəcə, onu deyim ki, qola qədərki epizodda qapıdan zərbə olmalı idi. Bunu hətta havada təyyarədən də görmək olardı. Həmin səhvdən sonra vurulan qolun qaydalar çərçivəsində olub-olmaması kimə maraqlıdır? Ofsayd qərarını mən vermədim. Laynsmanın fikri idi. Bizim kimi, hakimlər də səhv edə bilərlər. Son dəqiqələrdə penaltidən qapımıza vurulan qoldan sonra kiminsə bu barədə bizə sual verdiyini eşitməmişəm. Onu normal qarşılayırlarsa, burada da heç bir problem olmamalıdır. Qol sayıldı-sayılmadı, fərqi yoxdur. "Qarabağ"ı təbrik edirəm. Onlar doğru yoldadırlar. Təəssüf ki, sevimli "Neftçi"m uzun müddətdir - 2015-ci ildə mənim komandadan gedişimdən sonra çempion ola bilmir.
- Qarşınıza Avropa Liqasına düşmək hədəfi qoyulub. Jelko Sopiçlə buna nail olmaq mümkündür?
- Belə bir baş məşqçi ilə nəinki Avropa Liqasına düşmək, hətta çempionluq da mümkündür. Oyundan-oyuna daha yaxşı çıxış edib, xallar qazanmalıyıq.
- Sopiçin baş məşqçi kimi əsas özəlliyi nədir?
- Keyfiyyətli baş məşqçidir, enerjilidir. Sopiçi baş məşqçi kimi tanımırdım. Amma Mourinyo kimi, o da mənim üçün "Special one" ("Xüsusi biri") sayılır.
- Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin "Sabah"a keçidi barədə nə deyə bilərsiniz?
- Bizim komandada 20 nəfər Ramil var. Başa düşmürəm, siz hansını soruşursunuz? "Sabah"da bütün futbolçular eynidir (Report).
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq
Güləşçimiz İslamiadanın finalında
"Qarabağ"ın uşaq formaları satışda!
Futbolumuzun Mikels qardaşları ilə - Reportaj
Benzema: "Peres qalsa, "Real"a qayıda bilərəm"
Tramp bu gün Ronaldo ilə görüşəcək
İspaniya - Türkiyə oyunu bu kanallarda
"Heç bir komanda qələbə qazanmağı bizdən çox istəməməlidir”
Keyn Peleni geridə qoydu
Almaniyanın 6 qollu qələbəsi - Video
DÇ-2026-nın daha iki iştirakçısı müəyyənləşdi
Yankoviç Xorvatiyaya qarşı oynadı
Almaniya, Çexiya və Niderlanddan darmadağın - DÇ-2026
“Mançester Yunayted”in hücumçusu bir ay oynamayacaq
"Rəqibdən asılı olmayaraq qələbə hər zaman gözəldir"
Türkiyə millisinin futbolçusu İngiltərə klubunun hədəfində
Benzema “Real”ı və Çempionlar Liqasını yaxından izləyir
“Mançester Siti” Valentino ilə maraqlanır
Endrikin Fransa klubuna keçməsi ilə bağlı şərtlər bəlli oldu
Fransa millisinin üzvü: "Vurduğum qolla qürur duyuram"