"Səbail"in futbolçusu Rauf Əliyev Azərbaycan Premyer Liqasının 19-cu turunda "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Ümumi götürsək, əlbəttə ki, "Neftçi" üstün idi, evdə oynayırdı. Bu gün çətin matç keçəcəyini bilirdik. Onu da hiss etdirdilər. Çox epizodları oldu, fərqləndilər. Amma son dəqiqələrdə biz də hücuma keçdik. Hesab 1:0 idi, bütün komanda ilə hücuma keçdik. Artıq müdafiəçilərimiz də irəli atılmışdı. Sonda qol vura bildik. Çox vacib bir xal qazandıq.
- Oyundan öncə sosial şəbəkələrdə “Səbail”in “Qarabağ” üçün oynayacağı, sonadək döyüşəcəyi qeyd edilirdi. Siz həqiqətən “Neftçi”ni büdrətmək üçün mübarizə aparırdız, yoxsa özünüz üçün meydana çıxmışdız?
- Xeyr. Elə bir şey yoxdur. "Səbail" nə "Qarabağ"ın ikinci komandasıdır, nə də başqa bir şeyi. "Səbail" özü üçün oynayır. Hazırda o biri komandalarla xal fərqimiz elə çox deyil. Yəni, özümüz üçün mübarizə aparırıq. İndiki vaxtda sosial şəbəkələrdə hər şey yazırlar. Rəylərə baxırsan, komanda xal qazanan kimi deyirlər ki, "Qarabağ"a kömək edir. O biri komandaya da deyirlər filankəsə kömək edir. Bu, olan şeylərdir.
- Düzdür, təcrübəli futbolçusunuz, özünüzü kiməsə sübut etməli deyilsiniz. Bəs, bu oyun ümumiyyətlə, özünüz üçün sübut matçı oldumu? Üstəlik qol da vurdunuz.
- Əsas odur ki, qol vurdum. Buna görə çox sevinirəm.
- Amma qol vurandan sonra sanki "Neftçi"yə jest etdiniz...
- Bir-iki nəfər var idi. Artıq onlar cavablarını aldılar.
- Futbolçular idi, yoxsa məşqçilər korpusu?
- Mənim futbolçularla heç bir problemim yoxdur. Hamısı qardaşımdır. Bir-iki nəfər vardı. Özləri bilir.
- "Səbail" "Qarabağ"a məğlub olandan sonra ümumiyyətlə, uduzmur. Bunun səbəbi nədir? Düzdür, qalib komandanı heç vaxt mühakimə etməzlər. Amma komandada nə dəyişib ki, artıq uduzmur?
- Mən yeniyəm. Komandaya yanvardan qoşulmuşam. Toplanışdan sonra da komandada elə bir şey hiss etmirdim. Qış fasiləsindən sonra sonuncu yeri tuturduq. Hamı öz yerində idi, hazırlaşırdı. Hər şey normal idi. Əsas odur ki, bəhrəsini gördük. Birinci oyunda "Qarabağ"a uduzsaq da, bir xala yaxın idik. Sonrakı oyunlarda 3 xal qazandıq. Uğurlu seriyamızı davam etdirmək istəyirik.
- Görünür ki, "Neftçi"də hələ heç nə dəyişməyib. Bu komandadan getdiniz deyə sevinirsinizmi? Bir az açılışdınız, qollar vurdunuz. "Neftçi"dən getməyin faydası oldumu?
- "Neftçi"dən getməyin xeyiri odur ki, daha çox oynayıram. Bu yaşıma qədər karyeram ərzində hansı komandada olmuşamsa, daim oynamışam. Amma "Neftçi" də az oynamışam. Çempionatda az şans verilmişdi. Hamı problemi bir-birinin üstünə yıxırdı. Yəni, az oynatdılar. Ola bilər ki, "Səbail" səviyyəyə görə "Neftçi"dən geri qalır, çempionluğa iddiası azdır. Amma əsas odur ki, oynayım, qol vurum. Bu, mənim üçün daha rahatdır.
İlin futbolçusu seçildi
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək
Elçin Məsiyev zədələndi, oyunun hakimi dəyişdi
"İnter" derbiyə itki ilə çıxacaq
Bellinqem, Palmer, Virtz, Vitinya...
Zədəli Osimhenin durumu açıqlandı
İlin klubu adına namizədlər hansılardır?
Azərbaycan güləşçisi İslamiadada finala yüksəldi
DÇ-2026-da seçmə mərhələnin bombardiri
Arteta, Flik, Mareska, Alonso...
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
İlin futbolçusu adına namizədlər - Siyahı
Çempionlar Liqası yenidən "Kamp Nou"da!
Misli Premyer Liqasında 12-ci turun hakimləri açıqlandı
U-21 millimiz Cəbəllütariqə belə qalib gəldi - Video
Avropa zonasının pley-off səbətləri - DÇ-2026
Montella İspaniya ilə heç-heçə haqda