"Sumqayıt"ın futbolçusu İlqar Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turunda "Qarabağ"a 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb:
- Gərgin oyun keçdi. Futbolçularımız yaxşı mübarizə apardılar. Bir epizodda boşluq oldu. "Qarabağ" da bundan istifadə etdi. Buna baxmayaraq yenə də oyundan qopmadıq. "Qarabağ"ı təbrik edirəm. Xal alsaq, əlbəttə ki, yaxşı olardı. Amma bu matçda qalmamaq lazımdır. Qarşıda daha vacib oyunlar var. Nə qədər az xal itirsək, o qədər yaxşıdır. Buna görə də "Keşlə" ilə qarşılaşmaya hazırlaşmaq lazımdır.
- 3-cü yer uğrunda mübarizə çempionluq uğrunda mübarizədən daha gərgindir. Hazırda sizinlə yanaşı "Zirə" və "Sabah" da yarışır.
- Gərginlik var. Demək olar ki, çempionatda hər il bu yerlər uğrunda mübarizə gedir. İnanıram ki, sonuncu turlara kimi də belə olacaq.
- Bəs, bu mübarizəni axıra kimi davam etdirə biləcəksinizmi?
- İnşallah, qismət olar.
- "Sumqayıt"ın Avroliqa üçün şanslarını necə dəyərləndirirsiniz?
- Bu barədə danışmaq lazım deyil. Qarşıda vacib oyunlar var. Ondan sonra hər şey bilinəcək.
Beş futbolçu komandanı tərk etdi - Reşford, Asensio...
Aksel Vitsellə bağlı qərar verildi - Rəsmi
"Zirə"də Utziq problemi
"Komanda gözlədiyimizdən yaxşı çıxış etdi" - Rəşad Sadıqov
"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi
"Portu"da yeni baş məşqçi
"Liverpul" milli üzvü ilə müqaviləni yenilədi
"Beşiktaş"da ayrılıq
Azərbaycan millisinin üzvü Polşa klubundan ayrıldı
Aspilikueta "Atletiko"dan ayrıldı
"Sabah"ın rəqibi "Everton"un sabiq qapıçısını transfer etdi
Qvardiola: "Klublararası dünya çempionatı bizi məhv edəcək"
Dünya çempionatı ilə vidalaşdılar, baş məşqçini göndərdilər
"Sabah"dan Sofian Çakla qərarı
Ronaldo: "Biz çox dəyişəcəyik"