"Qarabağ"ın yeni transferi Ovusu Kvabena Azərbaycan Premyer Liqasının 16-cı turunda "Neftçi" ilə qolsuz bərabərə qaldıqları matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə görüş haqda fikirlərini bölüşüb:
- Asan oyun olmadı. Çünki derbi idi. Hamı udmaq istəyirdi, aqressiv idi. Amma düşünürəm ki, pis alınmadı.
- Bu görüş Azərbaycandakı ilk oyununuz idi. Ümumiyyətlə, buraya gələnə qədər fikrinizdə olanlarla gəlib, gördükləriniz üst-üstə düşdümü?
- Futbol hər yerdə futboldur. Sadəcə sən matça köklənib, öz oyununu nümayiş etdirməlisən.
- İspaniyanın Sequndasından Azərbaycan Premyer Liqasına gəlmisiniz. Ora ilə bura arasında həm futbol, həm azarkeş baxımından və s. çox müqayisəolunmazdır. Buna görə özünüzü ilk baxışdan narahat hiss etmirdiniz?
- Ola bilər ki, Sequnda B-yə daha çox azarkeş gəlsin. Amma futbol tərəfindən geri qalmır.
- "Qarabağ"a keçdiyiniz vaxt problem yaranmışdı. Orada bir məsələ vardı ki, "Kordoba"dan icazəsiz gəlmişdiniz. Klub rəhbərliyi onlara hörmətsizlik etdiyinizi düşünürdü. Buna aydınlıq gətirə bilərsinizmi?
- Məncə, bu haqda nəsə deməyin zamanı deyil.
- "Kordoba"dan buraya gəlməkdə hədəfiniz nədir? Daha çox pul qazanmaq, yoxsa Avrokuboklarda çıxış etmək?
- Əgər hansısa kluba getmək şansın yaranırsa və bu, sənin xeyrinə olacaqsa, onda gərək o addımı atasan. Yəni, burada Avrokuboklarda oynamaq imkanı qazanırsan.
- Özünüzdə Azərbaycan Premyer Liqasında oynayarkən Qana millisinə çağırılma potensialını görürsünüz?
- Mənə elə gəlir ki, öz işini yaxşı görəcəksənsə, inkişaf edəcəksənsə, milliyə də dəvət olunacaqsan.
Haaland “Real”a keçir?
“Ukrayna bu görüşə final kimi yanaşır” - Ayxan Abbasov
Elvin Cəfərquliyev: “Rəqibi analiz etmişik”
“Kayserispor”un yeni baş məşqçisi müəyyənləşdi
“Fənərbaxça”nın iki futbolçusu əsas heyətdən kənarlaşdırıldı
Sergey Rebrov: “Xallar bizə Azərbaycandan daha çox lazımdır”
“Reyncers” Cerrardı razı sala bilmədi
Vlahoviç “Bavariya”nın transfer hədəfində
“Fərdi ustalıqda bizi qabaqlayırdılar” - Elxan Abdullayev
U-19 millimiz Özbəkistana məğlub oldu
"Kəpəz" onu yenidən transfer etdi
Avropa çempionu karyerasını başa vurdu
Türkiyə millisində ciddi itki
Suaresdən 600-cü qol
Ukrayna millisinin düşərgəsini tərk etdi
"Qarabağ" dünya reytinqində 14 pillə irəlilədi
Haaland futbol tarixinə düşdü
Serbiya millisinin baş məşqçisi istefa verdi
Norveç millisi İsraili belə darmadağın etdi - Video
Türkiyədən Bolqarıstana 6 qol - Video
"Monako"nun yeni baş məşqçisi açıqlandı
Türkiyədən darmadağın, Portuqaliya və İspaniyadan qələbə
U-17 millimiz İsrailə 5 qolla məğlub oldu