“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Türkiyədəki təlim-məşq toplanışını dəyərləndirib.
Qol.az klubun saytına istinadən verir ki, o, əvvəlcə ötən gün keçirilən Polşa “Korona”sı ilə yoxlama oyununu (1:0) şərh edib: “Təlim–məşq toplanışının son oyununu keçirdik. Bundan əvvəlki 3 oyunda buraxdığımız səhvlərin azalması bizi sevindirir. 3 oyunda qapımızda asanlıqla epizodlar görürdüksə, bu oyunda isə tam əksinə idi. Müdafiədə də çox az səhv etdik və sevindirici haldı ki, bu oyunda da, qol epizodu yarada bildik. Təlim-məşq toplanışında ilk qələbəmizi qazandıq. Çoxdandır bu qələbəyə ehtiyacımız var idi. Yoldaşlıq görüşü olsa da, futbolçuların psixoloji durumunun yaxşılaşması üçün qələbə həmişə xoş olur".
O, futbolçulardan toplanış zamanı razı qaldığını söyləyib: "Ümumi toplanışı dəyərləndirməli olsaq, futbolçulardan razı qaldıq, hər biri çalışdı ki, özünün meydanda yaxşı cəhətlərini göstərsin".
A.Hacıyev fasilədən sonra çempionatdakı durumlarını yaxşılaşdırmaq üçün daha da səylə çalışmalı olduqlarını bildirib: "Bu oyunların finala bərabər olacağını futbolçuların hər biri dərk edir.
Çempionat zamanı hər bir oyun bizim üçün çətin olsa da, çalışacağıq ki, oyunlarda maksimum xal toplayaq və mövsümün sonunda qərarlaşdığımız yerdən daha da, yaxşı yerdə çempionatı başa vuraq. Sevindirici hallardan biri də odur ki, bütün futbolçular heç biri ciddi zədə olmadan təlim-məşq toplanışını başa vurdular. Fasilədən sonra ilk oyunumuz “Qarabağ”la olacaq və bu oyuna ciddi hazırlaşacağıq”.
Azərbaycan millisi 4-cü oldu
Reşford zədələndi
"Monako" Hütterlə yolları ayıra bilər
Millimiz gümüş medal qazandı - III MDB Oyunları
Azərbaycan millisi ilə oyunu buraxacaq
"Çelsi"nin kapitanı millinin heyətindən çıxarıldı
1-ci liqada oyunların vaxtı açıqlandı
Avarçəkmə yarışları başa çatdı - III MDB Oyunları
Azərbaycan millisi MDB Oyunlarında finala yüksəldi
“Oyunçularımıza inanıram” - Rəşad Eyyubov
“Napoli”nin yarımmüdafiəçisi İngiltərə klubunun hədəfində
Buffonun oğlu A seriyasında debüt etdi
Kannavaronun Özbəkistan millisinə təyinatı rəsmiləşdi
Rodri İspaniya millisinin heyətindən çıxarıldı
“Sabah”dan Mikelsin durumu ilə bağlı açıqlama
"Turan Tovuz"da yeni müqavilə
“Real”ın gənc oyunçusu “Marsel”ə keçə bilər
Ter Ştegen üçün İngiltərədən üç təklif
Premyer Liqada 700-cü, səfərdə 350-ci
Azərbaycan çempionatında mövsümün rekordu qeydə alındı
“Məşqçilik karyeramda yaşadığım ən pis gündür” - Arda Turan
“Barselona” Arauxo üçün 40 milyon avro tələb edir
Lunyov “Qarabağ”la bağlı suala belə cavab verdi