"İstefaya göndərilməyincə heç yerə getməyəcəyəm" - Qvardiola

"İstefaya göndərilməyincə heç yerə getməyəcəyəm" -  Qvardiola
DÜNYA FUTBOLU 18 Yanvar 2020 / 13:35 2641
-  A +

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandadan ayrılacağı haqda xəbərlərə münasibət bildirib.

Qol.az xəbər verir ki, ispaniyalı çalışdırıcı “Sky Sports”a açıqlamasında maraqlı fikirlər səsləndirib:

"Dəfəllərlə demişəm ki, Mançester Siti" istefaya göndərməsə, heç yerə getməyəcəyəm. Mən 100 faiz burada növbəti mövsümdə qalmağa hazırlaşıram və ona görə yox ki, biz son iki oyunu udduq və son aylar əla oynadıq. Oyunçularla işləmək xoşuma gəlir, hətta əgər hər şey pis olsa və biz Çempionlar Liqasına düşməsək, mən getməyəcəyəm”.

Qeyd edək ki, Qvardiolanın “şəhərlilər”lə 2021-ci ilin iyun ayına qədər müqaviləsi var.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord