Tərlan Əhmədov məğlubiyyəti şərh etdi

Tərlan Əhmədov məğlubiyyəti şərh etdi
ÖLKƏ FUTBOLU 17 Yanvar 2020 / 23:00 2664
-  A +

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Türkiyədə təlim-məşq toplanışı çərçivəsində Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Zviçkau”ya 1:4 hesabı ilə uduzduqları ilk yoxlama oyununu şərh edib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, o, matçla bağlı deyib:

"İlk hissədə istədiyimiz oyunu görə bilməsək də, fasilədən sonra komanda pis təsir bağışlamadı. Bəzi futbolçularımız bizə yalnız burada qoşuldular və onların fiziki durumunun nə yerdə olduğunu bilmək istəyirdik. Məğlub olmağımıza baxmayaraq, komanda pis təsir bağışlamadı. Demək olar ki, bütün qolları "standart" vəziyyətlərdən sonra buraxdıq. Səhvlərin üzərində işləməliyik və Premyer Liqanın ikinci yarısının ilk qarşılaşmasına tam hazır olmalıyıq”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı