Prosineçki 3 yeni futbolçu gətirdi

Prosineçki 3 yeni futbolçu gətirdi
XƏBƏR 9 Yanvar 2020 / 22:28 6535
-  A +

Ötən həftə “Kayserispor”a baş məşqçi təyin edilən milllimizin sabiq çalışdırıcısı Robert Prosineçki komandaya 3 yeni futbolçu cəlb edib.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunlar məlum əsgər salamına görə  Almaniyanın “Sankt-Pauli” klubundan göndərilən türk futbolçu Cenk Şahin, Xorvatiyanın “Rijeka” klubundan Zoran Kvrziç və Çexiyanın “Mlada Boleslav” klubundan Muris Mesanoviçdir. C.Şahin və Mesanoviçlə  6 aylıq, Kvrziçlə 2.5 illik müqavilə imzalanıb. Hər üç futbolçu komandanın Antalyadakı təlim-məşq toplanışına qatılıb.

Qeyd edək ki, “Kayserispor” 10 xalla turnir cədvəlinin sonuncu – 18-ci pilləsində qərarlaşıb.


Son xəbərlər
19.04.25  10:56

30-cu sülh

18.04.25  22:46

"Yamal Messi deyil"