8 komandalı Premyer Liqamız nə qədər maraqsız görünsə də, Azərbaycanın futbol aləmində baş verənlər heç kimi darıxmağa qoymur. Təkcə dekabr ayında baş verənləri yada salaq – AFFA-nın baş katibi Elxan Məmmədovun Azərbaycan radiosundakı çıxışı, İTV-də yayımlanan «3D» layihəsinin aparıcısı Dadaş Dadaşlinskinin qonağı olması, «Qəbələ»nin sponsorla bağlı məlum problemləri, 1-ci Divizionda oyun alğı-satqısında 30-a yaxın futbolçu və funksionerin ifşa olunması, «Sumqayıt»ın Azərbaycan Kubokunun 1/4 finalında «Neftçi»ni mübarizədən kənarlaşdırması…
Elə «Neftçi»dən danaşacağıq.
Kubokun 1/4 finalında «Sumqayıt»ın «Neftçi» səddini keçə biləcəyi gözlənilən idi. Sumqayıt təmsilçisi Premyer Liqada qeyri-stabil çıxış etsə də, özünəməxsus oyun sərgiləyir. Amma bu, özünəməxsusluq deyil, «Neftçi»dəki vəziyyət yarımfinala «Sumqayıt»ın daha yaxın olduğunu düşünməyə əsas verirdi. Gözlənilənlər özünü doğrultdu. Rəqibin oyununu «oxumaq»la istəyinə çatan «Sumqayıt» «Qarabağ» səddini keçərsə… İnandırıcı olmasa da, ötən mövsüm finala kimi irəliləyən «Sumqayıt»ın kuboku götürmək şansı yox deyil.
«Neftçi»dən danışacaqdıq… Bu gün ən çox müzakirə olunan mövzulardan biri kubokdakı uğursuzluqdan sonra Roberto Bordinin «Neftçi»dən göndərilməsidir. Digər mövzu isə onun yerinə kimin gətiriləcəyi ilə bağlıdır.
İtaliyalı ilə yollar hələ mövsümün əvvəlində ayrılmalı idi. Avroliqadakı uğursuzluqdan sonra daxili çempionatda da arzuolunmaz start onun gedişini labüd etmişdi. Məlum idi ki, Bordin öz istəyi ilə istefa verməyəcəkdi. Səbəb mövsümün sonuna kimi müqaviləsinin olması idi. Sərfəli müqavilədən imtina etməklə Bordin müqavilənin sonuna kimi alacağı məbləğdən də imtina etməli olacaqdı. O vaxt italiyalının istefa verməməsini mövsümün yeni başlanması, «Neftçi»nin çempionluğa və kuboku götürməyə şanslarının qalması ilə əlaqələndirmək olardı. Haradasa doğru yanaşma idi. Rəhbərlik bir qədər pauza götürməklə, daha dəqiq, qış fasiləsini gözləməklə vəziyyətə aydınlıq gələcəyinə ümid edirdi. Amma zaman və əldə olunan nəticələr göstərdi ki, atılan addım yanlış idi. 3 ay əvvəl bu barədə «Borodino döyüşü, Bordinin döyüşü» sərlövhəli köşəmdə yazmış və fikir bildirmişdim ki, «Neftçi» nə qədər gec deyil Bordinlə vidalaşmalıdı. Fikrimi komandadakı intizamsızlıq, bəzi futbolçuların özbaşınalığı və ən əsası Bordinin bir şəxsiyyət kimi nə futbolçular, nə də klub işçiləri arasında hörmətə sahib olması ilə əlaqələndirmişdim. Üstəlik, zaman göstərdi ki, o, heç də qələmə verildiyi kimi «top-məşqçi» deyilmiş.
Artıq mövsüm yarılanıb. «Neftçi»nin çempion olmayacağı fikrimdə yenə də qalıram. Komandada səviyyəli legionerlərin və yerli futbolçuların olmasına baxmayaraq, atmosfer istənilən kimi deyil. Əvvəl səbəb Bordin idisə, indi uğursuzluqlardan qaynaqlanan ruş düşkünlüyünü də bura əlavə etmək lazımdı. Doğrudur, çempionatın əvvəli ilə müqayiəsədə «Qarabağ»la xal fərqi demək olar ki, dəyişməyib. 6 xal o qədər də böyük deyil. Amma bunun səbəbkarı «Neftçi» deyil. Məhz «Qarabağ»ın 2-ci dövrədəki uğursuz çıxışı xal fərqinin artmamasına nədən oldu. Digər tərəfdən kubokdakı fiasko. Heyət və büdcə baxımından «Neftçi»dən qat-qat zəif olan «Sumqayıt» səddini keçməmək, üstəlik, 2 oyunda 1 qol belə vurmamaq bəxtsizlik deyil. Bu, birbaşa məşqçinin «bacarığının» nəticəsidi. Deyilənə görə, artıq, azarkeşlərlə yanaşı futbolçular da baş məşqçinin göndərilməsinin tərəfdarıdırlar. Yarım mövsümdə stabil «11-lik» qura bilməyən, 2-3 oyundan bir heyətlə bağlı eksperimentlərə əl atan, taktiki cəhətdən səhvlər edən məşqçi komandanı uçuruma aparır.
Görünən budur ki, Bordin yenə də öz xoşu ilə getməyəcək. Müqavilədə göstərilən məbləği son qəpiyinəcən almaq fikrində olan italiyalı komandanı, azarkeşləri fikirləşsəydi, ən pis halda «Sumqayıt»la oyundan sonra istefa verməli idi. Təəssüf ki, «Neftçi»nin mənafeyinin onu maraqlandırmadığı açıq-aydın görünür. Son qərar rəhbərliyindi. Edilən transferlərin, yaradılan şəraitin qarşılığında nəticə verməyən məşqçi öz xoşu ilə getmirsə, mütləq göndərilməlidir. Kompensasiya bahasına olsa belə.
Böyk ehtimalla «Neftçi» 2020-ni yeni baş məşqçi ilə qarşılayacaq. Kiminlə? Yerli, yoxsa əcnəbi? Əcnəbi məşqçi seçimi «Neftçi»nin həm xeyrinə ola bilər, həm də ziyanına. Mətbuatda «Neftçi» ilə daha çox 2 əcnəbi məşqçinin adı hallanır – APOEL-dən ayrılmış Tomas Doll və BATE-nin sabiq baş məşqçisi Aleksey Baqa. Doll Azərbaycandan təklif almadığını bildirsə də, Baqa əksinə, ölkəmizdən onunla maraqlandıqlarını etiraf edib və burada çalışmağa hazır olduğunu söyləyib. Baqaya təklifin «Neftçi»dən gəlib-gəlmədiyini deyə bilmərik. Lakin bizdə olan məlumata görə «flaqman» bu məşqçilərin heç biri ilə əlaqə saxlamayıb. Bütün hallarda hər iki məşqçi səviyyəsinə və bacarığına görə Bordindən qat-qat üstündür və «Neftçi»ni xeyir verə bilər. Amma… Bayaq qeyd etdiyimiz kimi ziyanı da dəyə bilər. Məsələ burasındadır ki, yeni məşqçi komandanı götürəndə heyətə əl gəzdirəcək. Yeni transferlər istəyəcək, rəhbərlik bunu etməli olacaq, filan qədər pul xərclənəcək. Gəl ki, çempionluq yenə də mümkün olmayacaq. Çünki buna «Qarabağ» imkan verməyəcək. «Neftçi»nin bu mövsüm çempion olmaq şansı çox azdır. O halda əcnəbi məşqçi nəyə lazımdı?
Bu məşqçilərin son klublarından ayrılma səbəblərinə və təcrübələrinə fikir verək. Bu mövsüm Belarus çempionatının gedişində «Dinamo-Brest»lə BATE-nin 6 xallıq fərqi yarananda Baqanın mövsümün sonunda istefa verəcəyi fikri ortaya çıxmışdı. BATE xal fərqini «əridə» bilmədi və baş məşqçi istefa verdi. Digər tərəfdən Baqanı heç də təcrübəli məşqçi hesab etmək olmaz. Məşqçiliyə başladığı 2011-ci ildən 2018-ci ilə kimi bu klubda və Belarusun U-21 komandasında baş məşqçi deyil, məşqçi köməkçisi işləyib. Qısası, onu «Neftçi» səviyyəsinə qaldırmaq doğru olmaz. Tomal Dolla gəlincə, təcrübəsinə və savadına söz ola bilməz. Amma APOEL-i Avroliqanın 1/16 finalına çıxarmasına rəğmən, komandadan ayrılması ortaya bəzi suallar çıxarır. Alman mütəxəssisin Kipr təmsilçisindən ayrılmasının səbəbi kimi daxili çempionatda «Olimpiakos»a məğlubiyyət göstərilsə də, bu, bəhanədən savayı bir şey deyil. Dollun gedişi rəhbərliklə aralarında olan problem idi. Kim zəmanət verir ki, eyni problemə «Neftçi»də yaşanmayacaq? Təbii ki, əgər gəlsə…
Onsuz da bu heyətlə istənilən yerli savadlı məşqçi «Neftçi»ni əlavə transferlərsiz, komandadaxili atmosferi düzəltməklə, düzgün toplanış keçməklə ilk üçlükdə saxlaya bilər. Yerli məşqçilərdən söz düşmüşkən, daha çox 3 nəfərin adı «Neftçi» ilə yanaşı hallanır - işsiz qalan Adil Şükürov, Samir Abasov və «Səbail»in baş məşqçisi Aftandil Hacıyev. Niyə də yox?! Şəxsi fikrimdi, hər üçü «Neftçi»yə Bordindən daha çox xeyir verəcək gücdədir. Hansı doğru seçmidi? Özümüzünkülər arasında ayrıseçkilik etmək fikrindən uzağam. Bu suala klub rəhbərliyi cavab tapmalıdı. Hər birinin məşqçilik karyerasında özünəməxsus müsbət məqamları var. Fikrimcə, daha əvvəl kimin hansı heyət və şarəitlə daha çox uğur qazandığını nəzərə almaqla bu məşqçilər arasında seçim etmək daha doğru olar. Azından mövsümün sonuna kimi. Bəlkə alındı?
İlqar TAĞIYEV
18 yaşlı Endrik evləndi
Sneyderin oğlundan ilk peşəkar müqavilə
Argentina millisinin üzvü "Atletiko"da
"Çelsi"dən "Arsenal"a - Rəsmi
"Mançester Siti"dən A seriyası klubuna keçdi
Millimizin üzvü Türkiyə klubunda - Rəsmi
“Qarabağ” yenidən öz məkanında - Şəkillər
Yeni mövsümün 3 Azərbaycan derbisi - Hansı turda və harda?
"Milan"dan daha bir transfer
Vəli Qasımova yeni vəzifə verildi
Platininin medal və kubokları oğurlanıb
"Mançester Yunayted" hücumçu ilə anlaşdı
"Qarabağ" onunla da yolları ayırdı - Rəsmi
"İnter" futbolçusunu icarəyə verdi
İtaliya klubu "Borussiya"ya təklif göndərdi
Konfrans Liqasında inanılmaz geridönüş
"Napoli"dən yeni transfer
"Araz-Naxçıvan" da iştirak ərizəsini açıqladı
"Roma"nın təklifinə razılaşdı
Arda Turanın "Şaxtyor"u mərhələ adladı, "Beşiktaş"a rəqib oldu - "Oyunçularıma fəxr edirəm"
Enrike onları əvəzedici komandaya göndərdi
"İnter" "Atalanta" ilə razılığa gələ bilmədi
Azərbaycanın Avropadakı 5-ci het-triki
İsveçdə son oyun
“Araz-Naxçıvan” - “Aris” oyununun biletləri satışda
Azərbaycan 2025/26 mövsümündə ilk xalını qazanıb
“Qarabağ” - “Şelburn” oyununun biletləri satışa çıxarılır
Elçin Məsiyev Çempionlar Liqasına təyinat aldı
"Şelburn" - "Qarabağ" oyununun hakimləri açıqlandı
"Barselona" yeni oyunçusunun qardaşını hədəflədi
"Sabah" Avroliqa ilə belə vidalaşdı - Video
Avropa Liqasında 1-ci mərhələyə yekun vuruldu
"Göstərdiyimiz oyunla fəxr edə bilərik" - Valdas Dambrauskas
Konfrans Liqasında daha 23 komanda 2-ci mərhələyə yüksəldi
"Çempionata yaxşı hazır olacağımıza inanıram” - Samir Abasov
“Sabah”ın Konfrans Liqasındakı rəqibi
"Sabah" Avropa Liqasında mübarizəni dayandırdı
Azərbaycanlı futbolçu dünyasını dəyişib
Ter Ştegen 4 ay yaşıl meydanlardan uzaq qala bilər
"Mançester Siti" 18 yaşlı oyunçunu transfer etdi
"İmişli"dən yeni transfer
Elmar Baxşıyev "Trabzonspor" üzərində qələbəni şərh etdi
"Neftçi" Polşadakı ilk oyununda heç-heçə etdi
"Çelye" - "Sabah": Heyətlər