20 yaşda bundesliqanın tarixinə düşdü

20 yaşda bundesliqanın tarixinə düşdü
DÜNYA FUTBOLU 15 Dekabr 2019 / 12:52 4205
-  A +

“Bayer”in yarımmüdafiəçisi Kay Haverts bundesliqanın tarixinə düşüb.

Qol.az “Opta”ya istinadla xəbər verir ki, “Köln”lə matç onun Almaniya yüksək liqasında 100-cü oyunu olub. Bununla da o, bundesliqada bu qədər sayda görüş keçirən ən gənc futbolçu (20 yaş 186 günündə) olub. Buna qədər rekord 20 yaş 203 günündə “Leyptsiq”li Timo Vernerə məxsus idi.

Bu mövsüm Kay Haverts 19 matçda meydana çıxıb, 3 qol vurub və 1 dəqiq qol ötürməsi verib.


Son xəbərlər