"Sabah"ın uşaq komandası İtaliya klubuna uduzdu

"Sabah"ın uşaq komandası İtaliya klubuna uduzdu
XƏBƏR 14 Dekabr 2019 / 17:29 2461
-  A +

Gürcüstanın paytaxtı Tiflisdə təşkil edilən “Audi Cup”da iştirak edən “Sabah”ın U-14 komandası turnir çərçivəsində növbəti oyununu keçirib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, təmsilçimiz bu dəfə İtaliyanın “Verona” klubuyla qarşılaşıb. Görüş rəqibin 3:1 hesablı qələbəsilə nəticələnib. Matçda "Sabah"ın yeganə qoluna Mirhafiz Talışzadə imza atıb.

Xatırladaq ki, U-14 bundan öncə “Audi Cup”da İspaniyanın “Levante” (1:3) və Gürcüstanın “Saburtalo” (1:3) komandaları ilə qarşılaşmışdı.

Təmsilçimiz turnirdəki son oyununda 3-cü yer uğrunda matçda qüvvəsini sınayacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın